Dünyanın ən təhlükəli şəhərində 5 nəfər güllələnərək öldürülüb
Hondurasın San-Pedro-Sula şəhərində 5 nəfər qətlə yetirilib. Naməlum silahlılar şəhərin mərkəzində bir qrup insana avtomat silahdan atəş açıb.
22 Dekabr 2016 11:26 DünyaHondurasın San-Pedro-Sula şəhərində 5 nəfər qətlə yetirilib. Naməlum silahlılar şəhərin mərkəzində bir qrup insana avtomat silahdan atəş açıb. İnsident nəticəsində biri qadın və dördü kişi olmaqla 5 nəfər ölüb. Cinayətin motivi hələ ki, məlum deyil. San-Pedro-Sula şəhəri dünyanın ən təhlükəli şəhəri sayılır. Rəsmi statistikaya görə, burada gündə 3 nəfər qətlə yetirilir. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31