Gündəm

Sorğu: avropalılar miqrant probleminin kəskinləşdiyini qeyd edirlər

22 Dekabr 2016 12:58

Rəy sorğusunun nəticələrinə görə, İtaliyada (79%), Fransada (67%) və Böyük Britaniyada (53%) əhalinin çox hissəsinin fikrincə, ölkələrində miqrantlarla bağlı vəziyyət son bir ildə daha da pisləşib. Almaniya və İspaniyada narazı olanlar 45%, Polşada isə ən az 35% təşkil edib. Sorğu Ifop şirkəti tərəfindən Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə keçirilib.

Xarkovda “Azov” xüsusi təyinatlılarının azərbaycanlı iş adamlarına hücumu ilə bağlı cinayət işi başlanıb

22 Dekabr 2016 12:56

Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamlarına hücum və talan törədilməsi ilə bağlı cinayət işi başlanıb.

Məktəblilər dini mövzuda maarifləndirilib

22 Dekabr 2016 12:51

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Səngəçal qəsəbəsi, 222 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi, kapitan Adil Hüseynov, Səngəçal qəsəbə məscidinin imamı Qafur Zahidov, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov Qaradağ rayonunda həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söz açaraq, xüsusilə gənc nəslə düzgün dini məlumatların çatdırılmasının vacibliyini vurğulayıb.

"İldırım" zenit-raket komplekslərindən döyüş atışları icra edilib - VİDEO

22 Dekabr 2016 12:47

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi hərbi qüvvələrin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qəfil yoxlanılması həyata keçirilib.

DİN “Piter Elçin”in qardaşının qətli ilə bağlı məlumat yayıb

22 Dekabr 2016 12:37

Dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirilib. DİN-dən verilən məlumata görə, qətli törədən könüllü olaraq Lənkəran ŞRPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib. ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.

Binəli Yıldırım Hələbdəki təxliyə barədə məlumat verdi

22 Dekabr 2016 12:35

"Suriyanın Hələb şəhərindən 40 min mülki şəxs təxliyə olunub". Bunu Türkiyənin baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət təşkilatları rəhbərlərinin 114-cü iclasında deyib. Baş nazir bildirib ki, bu günə qədər təqribən 40 min mülki vətəndaş təhlükəsiz bölgələrə təxliyə edilib: "Bu, asan başa gəlmədi. Bölgədə müharibənin bitməsini istəməyən qüvvələr hər fürsətdə sülhə mane olmağa çalışırlar". B.Yıldırım əlavə edib ki, Türkiyə təxliyə işlərinin aparılması üçün səylərini davam etdirir. Trend.az

Karlovun qətlində erməni izi - rus araşdırmaçıdan ilginc iddia

22 Dekabr 2016 12:33

"Rusiya səfirinin Türkiyədə öldürülməsi, Rusiya-Türkiyə yaxınlaşmasını həzm etməyən üçüncü qüvvələrin əməlidir. Mən belə hesab edirəm ki, Rusiya və Türkiyə liderləri, artıq belə qənaətə gəliblər ki, baş verən hadisə üçüncü qüvvələrin işidir".

Təhsil müəssisələri üçün yeni qəbul qaydaları hazırlanacaq

22 Dekabr 2016 12:31

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələri üçün yeni qəbul qaydaları və yerləşdirmə mexanizmi hazırlanacaq.

Ruhaninin səfəri davam edir - İndi Qazaxıstanda

22 Dekabr 2016 12:29

Region ölkələrinə turneyə çıxan İran prezidenti Həsən Ruhani hazırda Qazaxıstanda səfərdədir. Bu barədə "IRNA" agentliyi məlumat verir. H.Ruhanini hava limanında Qazaxıstanın inkişaf və investisiyalar naziri, İranın Astanadakı səfiri qarşılayb. Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə isə Astanada Prezident Sarayında görüş olacaq. İran prezidenti turnesinin əvvəlində Ermənistanda olub və prezident Serj Sarkisyanla görüşüb. Trend.az

Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələri keçirilib

22 Dekabr 2016 12:12

Bakıda Azərbaycan-Türkiyə XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Əli Həsənov: "Azərbaycan gənclər siyasətinin formalaşmasında əsas rol ümummilli lider Heydər Əliyevə məxsusdur"

22 Dekabr 2016 12:04

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

35 yaşlı futbolçu üçün yüksək qiymət

22 Dekabr 2016 11:59

İspaniya La Liqasında mübarizə aparan "Atletik" klubu hücumçusu Arits Adurislə yeni müqavilə imzalayıb. 35 yaşlı futbolçuyla müqavilənin müddəti 2018-ci il iyunun 30-na kimi uzadılıb. Futbolçunun sərbəst qalma qimətini 40 milyon avrodur.

Kür və Araz çaylarında TƏHLÜKƏ

22 Dekabr 2016 11:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabr ayının ikinci ongünlüyü üçün növbəti monitorinq keçirib.

Uşaq qapısı açıq qalan sərnişin avtobusundan yıxıldı - VİDEO

22 Dekabr 2016 11:55

İstanbul Okmeydanından ailəsi avtobusa minməyincə həyəcanlanıb hərəkət edən avtobusdan aşağı enən uşaq ölümdən dönüb.