DİN “Piter Elçin”in qardaşının qətli ilə bağlı məlumat yayıb
Dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirilib. DİN-dən verilən məlumata görə, qətli törədən könüllü olaraq Lənkəran ŞRPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib. ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.
22 Dekabr 2016 12:37 KriminalDekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirilib. DİN-dən verilən məlumata görə, qətli törədən könüllü olaraq Lənkəran ŞRPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib. ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.
Məlumata görə, qətlə yetirilən şəxs lənkəranlı kriminal aləmdə "Piter Elçin" kimi tanıan qardaşıdır. Qeyd edək ki, bu il iyunun 20-də Sankt-Peterburqun "Sofiya" tərəvəz bazasında "Piter Elçin"in 43 yaşlı qardaşı Maarif İsmayılov da 27 yaşlı azərbaycanlı killer Emil Hüseynov tərəfindən əldəqayırma tapança ilə güllələnərək qətlə yetirilib.