Dayanacaqda baş verən qəzada ölən və yaralıların adı açıqlandı - SİYAHI
22 Dekabr 2016 12:52 SosialBakıda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. DİN xəbər verir ki, dekabrın 21-də saat 07 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Müşviq Şıxəliyev idarə etdiyi "Daewoo" markalı 20 saylı xətt avtobusu ilə yolun kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub. Nəticədə M.Cəfərov hadisə yerində ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31