Gündəm

Torpaq sürüşməsi olan ərazilərin elektron xəritəsi hazırlanıb - SİYAHI

22 Dekabr 2016 13:34

Torpaq sürüşməsi təhlükəsi olan sahələrin elektron xəritələri hazırlanıb. Elektron xəritələrdə Bakı şəhəri və Abşeron yarımadası da daxil olmaqla Azərbaycandakı təhlükəli sürüşmə sahələri yer alıb. Bakı və Abşeron yarımadasında – Masazır sürüşmə sahəsi (Nazim Əsədov küç.), Masazır qəsəbəsi II sürüşmə sahəsi (M. İbrahimov ilə C. Cabbarlı küçələrinin arasındakı ərazi), Binəqədi sürüşmə sahəsi (Binəqədi – Saray avtomobil yolunun sağ hissəsində Binəqədi qəsəbəsindən 300 m aralı məsafədə), Əhmədli I sürüşmə sahəsi (Gəncə prospekti, N. Tusi küç.), Xətai rayonu sürüşmə sahəsi (Gəncə prospekti 20), Bakı dairəvi – 1 magistral avtomobil yolunun 7-ci km-də sürüşmə sahəsi (Dövlət Yol Polisi İdarəsinin yaxınlığında), Bayıl sürüşmə sahəsi (Neftçilər prospekti, T. Bağırov küç.), N. Nərimanov prospekti döngəsi sürüşmə sahəsi (Y. Dağlı küç.), Park sürüşmə sahəsi (Parlament prospekti, M. Hüseyn küç.), Teleqüllə sürüşmə sahəsi (A. Məmmədov küç.), Qaraçuxur sürüşmə sahəsi (İ. Mustafayev küç.), Əhmədli-Günəşli arasındakı sürüşmə sahəsi  (S. Mehmandarov küç.), Əhmədli II sürüşmə sahəsi (Gəncə prospekti, Şıxlinski küç.), Zığ I sürüşmə sahəsi (H. Allahverdiyev, Xanlar, H. Aslanov, İ. Süleymanov küçələri), Zığ II sürüşmə sahəsi (Zığ şosesi), Badamdar (Badamdar şosesi), Badamdar uçqun sahəsi (Badamdar şosesi, O. Daşdəmirov küç), Badamdar yarğan əmələgəlmə sahəsi (Badamdar şosesi), Azərbaycanın rayonlarında – Ağsuda Dilman, Gürcüvan, Xatman, Kalva, Suraxanı, Cəlilabadda Sadatlı, Gədəbəydə Şahdağ, Göygöldə Dozular, Xızıda Xızı, İsmayıllıda Diyallı, Muğanlı – İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-liyi, Vaşa, Qobustanda Cəyirli, Poladlı, Qubada Güləzi, Küsnət, Quba-Xınalıq yolu, Quba-Qonaqkənd, Qusarda Qənərçay, Qusar-Sudur avtomobil yolunun 37-ci km-liyi, Urva, Lerikdə Veri-Əliabad, Lənkəranda Horavenç, Lənkəran-Lerik yolunun 17-19 km-liyi, Masallıda Güllütəpə, Şabranda Bakı – Samur avtomobil yolunun 120-ci km-liyi, Baş Əmirxanlı, Surra, Şamaxıda Bakı – Şamaxı magistral avtomobil yolunun 106-111-ci km-liyi, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-liyi, Cabanı, Dədəgünəş, Qaravəlli, Muğanlı, Saqiyan, Tovuzda Qəribli sürüşmə sahələrinin elektron xəritələri hazırlanıb.

"Türkiyə bu vəziyyətdən də çıxmağı bacaracaq"- ŞƏRH

22 Dekabr 2016 13:32

“Rusiya səfirinin Türkiyədə vurulmasının 2 səbəbi var. Birincisi Rusiya-Türkiyə münasibətlərinin həddindəın artıq istiləşməsi, Türkiyənin NATO-nun əlində oyuncaq olmaq istəməməsi, ABŞ-ın tapşırıqlarından imtina etməsi, ikinci  isə Türkiyənin dolları  bazarından çıxarmaq məsələsini gündəmə gətirmək istəməsidir”. Bunu açıqlamasında politoloq Cümşüd Nuriyev açıqlamasında deyib.

Politoloq: "Bu, İran üçün utancvericidir"

22 Dekabr 2016 13:31

"İran prezidentinin Ermənistana səfəri qonşu dövlət üçün heç bir başıucalıq gətirmir, əksinə utancvericidir. Çünki Həsən Ruhani əli müsəlman qanına batmış, Xocalı soyqırımını dəstəkləyən şəxslə bir masada oturur, razılaşma əldə edir”. Bunu açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

“İran bizim əleyhimizə erməni faktorundan yararlanıb”- Şərh

22 Dekabr 2016 13:30

“İslam dövləti oldugunu elan edən İranın rəhbərinin qonşu müsəlman dövlətinə zülm edən və torpaqlarını işğalda saxlayan bir ölkəyə səfəri heç bir halda dinimizə görə məqbul sayıla bilməz”.

“İlham Əliyevin mükəmməl islahatlar paketi sosial müdafiə sistemində inkişafın təminatına əsas yaradıb”

22 Dekabr 2016 13:28

Dövlət müstəqilliyinin bərpasının artıq 25 illiyini qeyd edən Azərbaycanda hələ ötən əsrin 90-cı illərindən başlayaraq Ümummillli liderimiz Heydər Əliyev tərəfindən ölkənin təbii resurslarının güclü elmi və siyasi, institisional əsaslar üzərində mükəmməl şəkildə səfərbər olunmasına əsaslanan özünəməxsus inkişaf modeli formalaşdırılıb. İqtisadi artımın ilk növbədə sosial problemlərin həllinə və etibarlı sosial müdafiə sisteminin qurulmasına yönəldilməsi bu modelin əsas komponentləri sırasında yer alıb.

“Ruhaninin Ermənistana səfəri Azərbaycanın strateji maraqlarına qarşı yönəlib”

22 Dekabr 2016 13:24

“Dünya müsəlmanlarının, xüsusən də onun şiə hissəsinin lideri kimi özünü bəyan edən bir dövlət qəsbkar Ermənistanla uzun illərdir ki, əlaqələrini inkişaf etdirir”.

Deputat: “Qərb ölkələri Türkiyənin güclənməsini istəmirlər”

22 Dekabr 2016 13:23

“Rusiya səfirinin Türkiyədə öldürülməsi iki dövlət arasındakı münasibətlərin korlanmasına hesablanmış əməldir. Bu hadisə təxribatdır və bu dövlətlər arasında heç bir ziddiyyət yaratmamalıdır”. Bunu  açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Qatilin evindən bu cümlə çıxdı

22 Dekabr 2016 13:22

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən Mövlut Mert Altıntaşın evində axtarışlar aparılıb. Ankara Cümhuriyyət Məhkəməsinin apardığı axtarış tədbirləri zamanı evdə qısa yazı və Ərəb əsilli yazarın hansısa kitabı tapılıb.

Bakıda TürkPA Katibliyinin yeni binası açılıb

22 Dekabr 2016 13:20

Dekabrın 22-də Bakıda Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) Katibliyinin yeni binasının rəsmi açılış mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekov və digər rəsmi şəxslər iştirak ediblər.

Oqtay Əsədov Qazaxıstan Parlamenti Məclisinin sədrini qəbul edib

22 Dekabr 2016 13:09

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, spiker Oqtay Əsədov qonağın TürkPA Beynəlxalq Katibliyinin yeni inzibati binasının açılışı münasibətilə ölkəmizə səfəri çərçivəsində Azərbaycan parlamentində olmasından məmnunluq duyduğunu söyləyib.

Deputatın ailəsində ağır itki

22 Dekabr 2016 13:08

Milli Məclisin deputatı İlham Məmmədova ağır itki üz verib. Məlumata görə, deputatın həyat yoldaşı bu saatlarda dünyasını dəyişib. Mərhumə bu gün Patamdarda dəfn olunacaq. Hüzr mərasimi Patamdarda "Kaspian" Hospitalın həyətində olacaq. Allah rəhmət eləsin!

Dini radikalizmin qarşısının alınması üçün vətəndaş təşəbbüskarlığı artmalıdır 

22 Dekabr 2016 13:06

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Lənkəranda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Təhlükəsizliyi təhdid edən əsas amillər: Dini radikalizm və terrora qarşı maarifləndirmə işinin təşkili" mövzusunda konfrans keçirib.

Cəbhədə 35 dəfə atəşkəs pozulub

22 Dekabr 2016 13:05

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 35 dəfə pozub.

Ruhani: “Nazarbayev İranla Qərb arasındakı nüvə anlaşmasına töhfə verib”

22 Dekabr 2016 13:03

“Sizin yürütdüyünüz siyasət bütün Xəzəryanı dövlətlərə fayda gətirəcək”. Məlumata görə, bu sözləri Qazaxıstan prezidentiNursultan Nazarbayev ölkəsində rəsmi səfərdə olan iranlı həmkarıHəsən Ruhani ilə görüşü zamanı söyləyib. O bildirib ki, İran Qazaxıstan üçün müsəlman dünyasında vacib tərəfdaş, Xəzər bölgəsində qonşu və dost ölkədir: “Qazaxıstan xalqı nüvə məsələsinin həllində sizin böyük əməyinizi yüksək qiymətləndirir. Bu, böyük bir qələbədir. Sanksiyaların ləğvindən bir il vaxt keçib və İran iqtisadiyyatının inkişafında  bir çox şeyə nail olunub. Bu, İranla Qazaxıstan arasında münasibətlərin inkişafına öz təsirini göstərib”.   

Şamaxıda torpaq sürüşməsi aktivləşib, ziyan dəyən evlərin sayı 404-ə çatıb

22 Dekabr 2016 13:00

Son bir ayda intensiv olaraq yağan yağış və qardan sonra Şamaxı şəhərində və kəndlərdə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib. Son vaxtlar şəhərin Hüseyn Ciddi küçəsində və Şəhidlər xiyabanının ətrafında sürüşmə sahəsi daha da genişlənib. 30-dan çox evdə çatlar əmələ gəlib. Torpaq sürüşməsi zamanı vətəndaşlara məxsus daha 4 fərdi evin divarlarında iri çatlar əmələ gəlib, yaşayış üçün təhlükəli vəziyyət yaranıb.