Qatilin evindən bu cümlə çıxdı
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən Mövlut Mert Altıntaşın evində axtarışlar aparılıb. Ankara Cümhuriyyət Məhkəməsinin apardığı axtarış tədbirləri zamanı evdə qısa yazı və Ərəb əsilli yazarın hansısa kitabı tapılıb.
22 Dekabr 2016 13:22 DünyaRusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən Mövlut Mert Altıntaşın evində axtarışlar aparılıb. Ankara Cümhuriyyət Məhkəməsinin apardığı axtarış tədbirləri zamanı evdə qısa yazı və Ərəb əsilli yazarın hansısa kitabı tapılıb.
Diqqəti tamamən başqa tərəfə yönəltmək üçün hazırlandığı düşünülən qısa yazı, Aydında dünyaya gələn Altıntaşın vərəqə Ərəb ləhcəsi ilə "Allahu Əkbər" - deyə yazması şübhəli məqam kimi diqqət çəkir.
Mert Altıntaşın evində "Allahın kəlamını yüksəltmək" məqsədi ilə yazılan qısa yazıda, İslama qarşı olan vəhşi xaç savaşın varlığından bəhs edilir.Yazıda "ABŞ və Rusiyanın sonu yaxınlaşıb. Artıq qiyam vaxtıdı. Biz güvən hiss etmədikcə, sizlər də güvəndə olmayacaqsınız" - yazılıb.
Altıntaşın evində qısa notdan və Ərəb əsilli yazarın kitabından başqa diqqət çəkən heç bir əştya tapılmayıb.