Məktəblilər dini mövzuda maarifləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Səngəçal qəsəbəsi, 222 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi, kapitan Adil Hüseynov, Səngəçal qəsəbə məscidinin imamı Qafur Zahidov, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov Qaradağ rayonunda həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söz açaraq, xüsusilə gənc nəslə düzgün dini məlumatların çatdırılmasının vacibliyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dini radikalizm və ekstremizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Səngəçal qəsəbəsi, 222 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi, kapitan Adil Hüseynov, Səngəçal qəsəbə məscidinin imamı Qafur Zahidov, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov Qaradağ rayonunda həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söz açaraq, xüsusilə gənc nəslə düzgün dini məlumatların çatdırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev "Dini radikalizm və ekstremizmə qarşı mübarizə" mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, dini radikalizm dünya üçün böyük təhlükəyə çevrilsə də, ölkəmizdə dini radikalizmlə mübarizə istiqamətdə aparılan genişmiqyaslı mübarizə öz müsbət nəticələrini verməkdədir. Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ictimai-siyasi sabitlik və vətəndaş həmrəylinin təmin olunduğunu deyən C.Əliyev bununla bağlı şagirdlərə geniş məlumat verib. Daha sonra çıxış edən DTX-nın Qaradağ rayon İdarəsinin əməkdaşı Rauf Amirov dini ekstremizm və radikalizmlə hüquqi-inzibati istiqamətdə aparılan mübarizə haqqında geniş məlumat verib. R.Əmirov DTX-nın bu istiqamətdəki fəaliyyəti haqqında dinləyiciləri məlumatlandırıb.

Tədbirdə çıxış edən Səngəçal qəsəbə məscidinin imamı Qafur Zahidov dövlət-din münasibətlərinin yüksək səviyyədə təşkil edildiyini bildirərək, din xadimlərinin maarifləndirmə işində aktiv iştirakının vacib olduğunu qeyd edib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31