Uşaq qapısı açıq qalan sərnişin avtobusundan yıxıldı - VİDEO

İstanbul Okmeydanından ailəsi avtobusa minməyincə həyəcanlanıb hərəkət edən avtobusdan aşağı enən uşaq ölümdən dönüb.

İstanbul Okmeydanından ailəsi avtobusa minməyincə həyəcanlanıb hərəkət edən avtobusdan aşağı enən uşaq ölümdən dönüb. Hadisə dünən saat 12 radələrində baş verib.

Qapısı açıq halda hərəkət edən sərnişin avtobusu bir müddət belə irəliləyərkən, anasının avtobusa minmədiyini görən Serap adlı azyaşlı qız avtobusdan özünü atarkən avtobusun altına yıxılıb. Avtobus qızın ayağının üstündən keçib. Ayağı parçalanan kiçik qız vətəndaşların köməyi ilə xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu öyrənilib. Hadisə yerinə gələn polislər avtobus sürücüsü Əhməd Y.-ni ifadəsinin alınması üçün polis bölməsinə aparıblar.  Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31