Yeni ekzoplanet tapıldı

Astronom yeni kəşf etdiyi ekzoplanetə Proxima b adını verib. "Nature" elmi jurnalının 2016-cı il Top-10 alimlər siyahısına daxil olmuş ispaniyalı Gillem Anqlada-Eskude yeni ekzoplanet kəşf edib.

Astronom yeni kəşf etdiyi ekzoplanetə Proxima b adını verib. "Nature" elmi jurnalının 2016-cı il Top-10 alimlər siyahısına daxil olmuş ispaniyalı Gillem Anqlada-Eskude yeni ekzoplanet kəşf edib. Onun sözlərinə əsasən, yeni kəşf etdiyi ekzoplanetdə buz, buludlar və bitkilər mövcuddur. "Mənim təsəvvürümdə Proxima b Mars-a bənzəyir. Lakin bizim sistemimizdəki Mars-dan fərqli olaraq Proxima b-də buz, buludlar və bitkilər var", - deyə o qeyd edib. Həmçinin alim qeyd edib ki, Proxima b-nin səthi okeanla əhatə oluna bilər. Alim həmin ekzoplanetə kosmik aparatın göndərilməsi ideyasının vacibliyini də bildirib. Proxima b-də 1 il 11.2 Yer sutkasına bərabərdir. Onun kütləsi Yer kütləsindən 1.3 dəfə böyükdür. Səthindəki temperatur isə 0 dərəcəyə bərabərdir. Technote.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31