Səfirin qatilinin evindən tapılan qeydlər



Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən qatil Mert Altıntaşın evindən ərəb dilli yazarın kitabı və kağıza yazılan qeyd tapılıb.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, tapılan qeyddə yazılıb:

"Amerika və Rusiyanın sonu yaxınlaşır. Artıq qiyam vaxtıdır".

Xatırladaq ki, 2 gün əvvəl axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə" sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri A.Karlov qətlə yetirilib. Hadisəni törədən polis əməkdaşı Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31