Xalq artisti Muxtar Manıyev vəfat etdi





Xalq artisti Muxtar Maniyev vəfat edib.

Bu barədə APA-ya C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib.

Xalq artisti şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

M.Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.





 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31