Uşaq Filarmoniyası Yeni il bayramına həsr olunmuş konsert tədbiri keçirib
20 dekabr Azərbaycan Dövlət Uşaq FilarmoniyasıAzərbaycanDövlət Musiqili Teatrının səhnəsində “Yeni il” adlı konsert tədbiri keçirtdi. Uşaq Filarmoniyasının gənc istedadları bir-birindən maraqlı çıxışları, rəngarəng, geniş konsert proqramı ilə bu dəfə də tamaşaçıların diqqətini cəlb edə bildilər.
21 Dekabr 2016 18:49 Mədəniyyət20 dekabr Azərbaycan Dövlət Uşaq FilarmoniyasıAzərbaycanDövlət Musiqili Teatrının səhnəsində "Yeni il" adlı konsert tədbiri keçirtdi. Uşaq Filarmoniyasının gənc istedadları bir-birindən maraqlı çıxışları, rəngarəng, geniş konsert proqramı ilə bu dəfə də tamaşaçıların diqqətini cəlb edə bildilər.
Qeyd edək ki, konsert tədbiri həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasının25 illik yubileyinə də həsr olunmuşdu. 25 ildir ki, fəaliyyət göstərən Azərbaycan Dövlət Uşaq Filarmoniyasıuşaqların gələcəkinkişafında, baxışlarının formalaşmasında, onların təlim və tərbiyəsində dayanmadan, həvəslə çalışır. Burda onlar Azərbaycan xalqrəqslərini, dünya xalq rəqslərini, xalq mahnılarını, bayatıları, muğamları öz müəllimlərindən sevə sevə öyrənir,mədəni irsimizi qoruyub,gələcək nəsillərə çatdırmağa çalışırlar.
Bu illər ərzində bir sıra uğurlu layihələrə imza atan filarmoniya kollektivi və rəhbərlik bu dəfəki konsert proqramına da xüsusihazırlaşmışdırlar.İstər səhnə dekoru, istər uşaqların geyimləri və səhnə qrimi Dilarə xanım Əliyevanın bu işə olan sevgisindən xəbərverirdi. Çıxışlarında uşaqlarla bir sevinən, onlarla bir həyəcanlanan Uşaq Filarmoniyasının kollektivi hər zaman olduğu kimi bu dəfə də öz işlərinin öhtəsindən layiqincə gəlməyi bacardılar.
Uşaq Filarmoniyasının demək olar ki, bütün üzvləri - rəqs kollektivi, Uşaq Xor Kapellası, "Şəms" uşaq xoru və uşaq teatrının istedadlı üzvləri balaca dostlarının Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik gününü təbrik etmək üçün gəlmişdirlər. ProqramdaAzərbaycan xalq rəqsləri, bəstəkar mahnıları ilə yanaşı, dünya xalqlarının rəqsləri, dillər əzbəri olan "yeni il" mahnılar yer almışdır. Hərçıxışları böyük marağa səbəb olan balaca istedadların sevinclərinin həddi-hüdudu yox idi.
Proqramın sonlarına yaxın hər kəsin əzbər bildiyi, məhşur "Jingle Bells" mahnısı ifa olundu. Mahnının sədaları altında bütünkollektivlər, eləcə də şənliyin əsas qəhrəmanı olan Şaxta baba səhnəyə çıxaraq zalda əyləşən tamaşaçıların 31 dekabr DünyaAzərbaycanlıların Həmrəylik gününü və Yeni il münasibəti ilə təbrik etdi. Sonda isə rəqs kollektivinin ifasında möhtəşəm, əzəmətli"Cəngi" rəqsi səsləndi.