Dövlət Duması rusiyalı diplomatlar üçün əlavə təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə bağlı bəyanat qəbul edib

Rusiya Dövlət Dumasının deputatları ölkə xaricində olan rusiyalı diplomatlar üçün əlavə təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə bağlı bəyanat qəbul edib və bütün ölkələrin parlamentlərini terrorla səmərəli mübarizə aparmaq üçün birləşməyə çağırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bəyanat Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar qəbul edilib.

Bəyanatda deyilir ki, bu dəhşətli təxribatı törədənlər - həm icraçılar, həm də rusofobiya, millətlərarası, dinlərarası və məzhəblərarası düşmənçilik, ekstremizm və fanatizm duyğularını alovlandıraraq terrorçunun əlini idarə edənlər layiqli cəzalarını almalıdır.

Qeyd edək ki, bəyanatın lehinə 428 deputat səs verib, 1 nəfər bitərəf qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31