Azərbaycan diasporu həyatını itirən Rusiya səfirinin xatirəsini yad edib

Azərbaycan diaspor nümayəndələri tərəfindən Rusiya XİN qarşısında Ankarada terrorçu tərəfindən güllənərək həyatını itirən Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun xatirəsi anılıb . “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı fondunun və Azərbaycan-Slavyan Gəncləri Assosiyasiyasinin Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan, Türkiyə diasporlarının, eləcə də Rusiya ictimaiyyətinin nümayəndələri Ankarada dünyasını dəyişən səfirin xatirəsini yad etmək məqsədilə Rusiya XİN qarşısına toplaşıblar. XİN önünə gül dəstələri qoyub, dünyasını dəyişən səfirin ruhuna dualar oxunub. İştirakçılar birlik nümayiş etdirərək, terror aktını qətiyyətlə pisləyiblər, cinayətkarların ən sərt qanunlarla cəzalandırılmasını tələb ediblər. Çıxış edənlər Azərbaycanın və Rusiyanın da Türkiyə kimi terrordan əziyyət çəkən bir ölkə olduğunu, terror dəhşətinin nə dininin, nə də millətinin olmadığını vurğulayıblar, bu çətin və ağrılı günlərdə bütün Azərbaycan Rusiya və Türkiyə xalqının bir olmağa səsləyiblər .

Azərbaycan diaspor nümayəndələri tərəfindən Rusiya XİN qarşısında Ankarada terrorçu tərəfindən güllənərək həyatını itirən Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun xatirəsi anılıb . "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı fondunun və Azərbaycan-Slavyan Gəncləri Assosiyasiyasinin Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan, Türkiyə diasporlarının, eləcə də Rusiya ictimaiyyətinin nümayəndələri Ankarada dünyasını dəyişən səfirin xatirəsini yad etmək məqsədilə Rusiya XİN qarşısına toplaşıblar. XİN önünə gül dəstələri qoyub, dünyasını dəyişən səfirin ruhuna dualar oxunub. İştirakçılar birlik nümayiş etdirərək, terror aktını qətiyyətlə pisləyiblər, cinayətkarların ən sərt qanunlarla cəzalandırılmasını tələb ediblər. Çıxış edənlər Azərbaycanın və Rusiyanın da Türkiyə kimi terrordan əziyyət çəkən bir ölkə olduğunu, terror dəhşətinin nə dininin, nə də millətinin olmadığını vurğulayıblar, bu çətin və ağrılı günlərdə bütün Azərbaycan Rusiya və Türkiyə xalqının bir olmağa səsləyiblər .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31