Türkiyədən türkdilli ölkələrə TƏKLİF - Ticarətdə milli valyutalara keçilsin

Türkdilli ölkələr ticarətdə milli valyutaların istifadəsinə keçməlidir. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin altıncı iclasında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Türkdilli ölkələr ticarətdə milli valyutaların istifadəsinə keçməlidir. Bunu bu gün Bakıda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin altıncı iclasında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanla qarşılıqlı ticarətdə milli valyutalara keçməyi planlaşdırır. Bundan başqa, nazir qeyd edib ki, Azərbaycan və Türkiyə bir sıra məhsulların ticarəti ilə bağlı gömrük prosedurlarını sadələşdirmək niyyətindədir.

N.Zeybekçi qeyd edib ki, Türkdilli şuranın üzvləri turizm, səhiyyə, tikinti sahələrində iqtisadi əlaqələri gücləndirməlidirlər. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31