İran Ermənistanla ticarət dövriyyəsini 220 milyon dollara çatdıracaq

İran və Ermənistan xarici ticarət dövriyyəsinin həcmini  220 milyon dollara çatdırmağı planlaşdırır. Məlumata görə, bu barədə Ermənistanın iqtisadi inkişaf və investisiyalar nazirinin müavini Ovanes Azizyan bildirib. 

O deyib ki, bu gün İrəvanda işinə başlayan Ermənistan-İran biznes forumu iki ölkənin sahibkarları arasında əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər: "Biznes forumun  Ermənistan-İran ticarət dövriyyəsinin və investisiyaların həcminin artmasına imkan yaradacağına ümid edirik. İranda əczaçılıq yüksək inkişaf edib və bu sahədə iki ölkə əməkdaşlıq edə bilər. Həmçinin, kimya sənayesi sahəsində əməkdaşlığın perspektivləri də müzakirə mövzularından biridir. Biz yaxın illərdə ticarət dövriyyəsini 220 milyon dollara çatdırmağı nəzərdə tutmuşuq". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31