Gündəm

Bəzi siyasilərin Azərbaycanın düşmənlərini sevindirən gedişi nəyə hesablanıb?

6 Fevral 2017 14:59

Türkçülüyə, Türk Birliyi ideyasına qarşı patoloji nifrəti ilə seçilən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə bu günlərdə yenidən öz ənənəsinə sadiq qalaraq indi də Osmanlı İmperatorluğu və onun qəhrəman sərkərdələrini hədəf seçib. Yerli mətbuata verdiyi müsahibəsində millət vəkili iddia edib ki, erməni bəlasının xalqımızın başına gəlməsində Osmanlı İmperatorluğunun günahı olub: “Uşaqlarımız, gənclərimiz bilsinlər ki, ”erməni qara yarası"nı Azərbaycanın bədəninə Osmanlı İmperatorluğu salıb. Türkiyə isə Osmanlı İmperiyasının cinayətlərinə görə cavab vermək fikrində deyil. 1915-ci ildən sonra osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı İmperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Sazişdə yazılmışdı ki, daha ermənilər bir qarış torpağa da iddia etməyəcəklər".Antıtürk Araz Əlizadə Bakını bolşevik-daşnak birləşmələrindən azad türk komandanı Nuru Paşanı da hədəf seçməkdən yayınmayıb. Bildirib ki, erməniləri bizim üstümüzə salan elə Osmanlı idi: “Sonradan isə xilas etdilər.Bu faktı unutmayın: Nuru Paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Nuru Paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”.

Siyavuş Novruzovun fikirlərinə müxalifətdən dəstək-  RƏY

6 Fevral 2017 14:57

Bir müddət öncə, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun Azərbaycanda bəzi imkanlı şəxslərin siyasi partiyaları pulla alaraq gələcək məqsədləri üçün dondurulmuş vəziyyətdə saxladıqları barədə irəli sürdüyü fikirləri ictimai marağa səbəb olmuşdu. Belə ki, YAP rəsmisinin sözlərinə görə, bu kimi halların baş verməsi siyasi təşkilatların biznes predmetinə çevrilməsinin aşkar göstəricisidir. “Təəssüf ki, bəzi siyasi partiyalar alver mənbəyinə çevrilib”-deyə qeyd edən Siyavuş Novruzovun sözlərinə görə, imkanlı adamlar həmin partiyanı alır və sandığında saxlayır ki, gələcəkdə istifadə etsinlər. Lakin o, əlində olan nümunələrin də olduğunu deyərək, hələlik həmin şəxslər və partiyaların adlarını açıqlamaq istəmədiyini də qeyd edib.

Bələdiyyə qulluğunda çalışmaq istəyənlərin sayı artır

6 Fevral 2017 14:56

Müstəqillik dövründən sonra ölkədə yeni yaranan qurumlardan biri də bələdiyyələr oldu. İlk illərdə bələdiyyələr səmərəsiz bir qurum təssüratı yaradırdısa, artıq bələdiyyələrdə təkmilləşmə, günün tələblərinə uyğun bir şəkildə fəaliyyət göstərmək tendensiyası özünü büruzə verir. Son rəsmi məlumatlara görə, Azərbaycanda bələdiyyələrin sayı 1607 və bələdiyyə üzvlərinin sayı isə 15035 nəfər təşkil edir ki, bu da kifayət qədər böyük rəqəmdir. Bələdiyyə orqanlarının yarandığı ilk illərlə müqayisədə fəaliyyətinin daha güclü olması və yerli problemlərin həllində tədricən daha effektli fəaliyyəti cəmiyyətimizdə bələdiyyələrin nüfuzunu yüksəldib.

Ölkədə sosial məsələlərin həlli prioritet təşkil edir

6 Fevral 2017 14:53

Dünyada baş verən iqtisadi və maliyyə böhranına rəğmən Azərbaycanda tən müddət ərzində nəzərdə tutulan bütün sosial layihələrin həyata keçirilməsi bir daha onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatı düzgün istiqamətdə qurulub və bu sahədə əldə edilən nailiyyətlər, uğurlar davamlı xarakter daşıyır.

Elçin Hüseynbəyli yazır...Xoruzu niyə və necə edam elədilər?

6 Fevral 2017 14:49

Bu yaxınlarda oxudum ki, Hondurasda polislər bir xoruzu həbs edib dama salıblar. Buna səbəb isə xoruzun gecə-gündüz banlayıb qonşuları diksindirməsi və xoruz sahibi ilə çəpər qonşularının davası olub.

Ermənistanı surprizlər gözləyir

6 Fevral 2017 14:47

İndiyə qədər Ermənistanda təşkil edilən seçkilər nəinki beynəlxalq standartlara uyğun olmayıb, hətta qanlı-qadasız ötüşməyib. Qarşıdan gələn parlamett seçkilərinin də eyni abi-hava ilə müşahidə olunacağı qaçılmazdır.

Tarixi şəxsiyyətlərimizə sahib çıxaq

6 Fevral 2017 14:46

Müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən biri də tarix elmimizin inkişafı sahəsində əldə olunan böyük uğurlardır. Azərbaycan tarixşünaslığını müstəqil inkişaf yoluna ulu öndər Heydər Əliyev çıxarmışdır. Dahi şəxsiyyət doğma xalqına, vətən torpağına həsr olunmuş ömrünün bütün çağlarında tariximizin azərbaycançılıq məfkurəsi əsasında doğru-düzgün araşdırılmasını və gənc nəslin doğma vətənə sədaqət ruhunda tərbiyə olunmasını daim diqqət mərkəzində saxlayırdı. Erməni-daşnak quldurlarının xalqımıza qarşı törətdikləri soyqırımları və deportasiyalarla bağlı mühüm dövlət sənədləri imzalayan, XX əsrin 20-30-cu illərində ziyalılarımıza qarşı həyata keçirilmiş repressiyaların ağır nəticələrindən dönə-dönə bəhs edən Heydər Əliyev, əslində, tarixçilər qarşısında tarix elmini keçmiş zərərli konsepsiyalardan uzaqlaşdırmaq, saxtalaşdırmalardan və təhriflərdən təmizləmək kimi çox mühüm və şərəfli vəzifə qoymuşdur.

Toplarda partlayıcı MADDƏ

6 Fevral 2017 14:43

Türkiyənin Dargeçit bölgəsində 6 valebol topuna yerləşdirilçiş partlayıcı maddələr aşkarlanıb.

Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatları həcminin artmasını..

6 Fevral 2017 14:42

Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatları həcminin yanvarda 350 milyon dollardan çox məbləğdə artmasını Dövlət Neft Fondunun (SOFAZ) sözügedən quruma bu il ərzində nəzərdə tutulan 7,5 milyard manatlıq transferti ilə əlaqələndirmək səhvdir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri iqtisadçı Pərviz Heydərov səsləndirib.

Rusiyanın məşhur şousunda Azərbaycan musiqisi - VİDEO

6 Fevral 2017 14:39

Rusiyanın 1-ci kanalında yayımlanan "Lednikovıy period" müsabiqəsinin iştirakçıları Alyona Babenko və Roman Kostomarov Azərbaycan musiqisi "Sən gəlməz oldun"un sədaları altında rəqs ediblər.

Türkiyədə 3 azərbaycanlı saxlanıldı - İŞİD-lə əlaqədə İTTİHAM EDİLİRLƏR

6 Fevral 2017 14:33

Türkiyədə keçirilən ikigünlük antiterror əməliyyatı nəticəsində Bursa əyalətində də terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən çoxlu adam saxlanılıb. Onların sayı 105 nəfərdir.

Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başlayır

6 Fevral 2017 14:29

Fevralın 6-dan tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna start verilir.

Daxili orqanında heroin keçirmək istədi

6 Fevral 2017 14:29

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında beş ədəd bükümdə heroin aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Bölgə sahibkarları ilə görüş keçirilib

6 Fevral 2017 14:26

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi Azexport.az portalından ixrac imkanlarının genişləndirilməsi məqsədilə bölgələrə səfərlərə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, ilk görüş Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarının icra hakimiyyətlərinin rəhbərlikləri və 60-a yaxın sahibkarı ilə Şamaxı Rayon İcra Hakimiyyətində reallaşıb. Görüşü giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev iştirakçıları salamlayaraq ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən danışmış, “Azexport”un iş adamlarına böyük imkanlar yaradacağına ümidvar olduğunu bildirib.

Mərhum aktrisa yad edilib...

6 Fevral 2017 14:25

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tanınmış teatr və kino aktrisası, Xalq artisti, “Şöhrət” ordenli Firəngiz Şərifovanın anadan olmasının 93-cü ildönümü münasibətilə Fəxri Xiyabanda olub. Sənət dostları aktrisanın məzarını ziyarət edərək gül dəstələri qoyublar.