Bələdiyyə qulluğunda çalışmaq istəyənlərin sayı artır

Müstəqillik dövründən sonra ölkədə yeni yaranan qurumlardan biri də bələdiyyələr oldu. İlk illərdə bələdiyyələr səmərəsiz bir qurum təssüratı yaradırdısa, artıq bələdiyyələrdə təkmilləşmə, günün tələblərinə uyğun bir şəkildə fəaliyyət göstərmək tendensiyası özünü büruzə verir. Son rəsmi məlumatlara görə, Azərbaycanda bələdiyyələrin sayı 1607 və bələdiyyə üzvlərinin sayı isə 15035 nəfər təşkil edir ki, bu da kifayət qədər böyük rəqəmdir. Bələdiyyə orqanlarının yarandığı ilk illərlə müqayisədə fəaliyyətinin daha güclü olması və yerli problemlərin həllində tədricən daha effektli fəaliyyəti cəmiyyətimizdə bələdiyyələrin nüfuzunu yüksəldib.

İnsanların bələdiyyə orqanlarına olan güvəninin möhkəmlənməsi bələdiyyədə işləmək üçün müraciət edənlərin sayının artmasına səbəb olub

Müstəqillik dövründən sonra ölkədə yeni yaranan qurumlardan biri də bələdiyyələr oldu. İlk illərdə bələdiyyələr səmərəsiz bir qurum təssüratı yaradırdısa, artıq bələdiyyələrdə təkmilləşmə, günün tələblərinə uyğun bir şəkildə fəaliyyət göstərmək tendensiyası özünü büruzə verir. Son rəsmi məlumatlara görə, Azərbaycanda bələdiyyələrin sayı 1607 və bələdiyyə üzvlərinin sayı isə 15035 nəfər təşkil edir ki, bu da kifayət qədər böyük rəqəmdir. Bələdiyyə orqanlarının yarandığı ilk illərlə müqayisədə fəaliyyətinin daha güclü olması və yerli problemlərin həllində tədricən daha effektli fəaliyyəti cəmiyyətimizdə bələdiyyələrin nüfuzunu yüksəldib.

Hökməli bələdiyyəsinin sədr müavini Fərman Salmanlı deyir ki, insanların bələdiyyə orqanlarına olan güvəninin möhkəmlənməsi bələdiyyədə işləmək üçün müraciət edənlərin sayının artmasına səbəb olub və növbəti illərdə daha çox şəxsin iş üçün bələdiyyə orqanlarına müraciət etməsi gözlənilir: "Lakin bələdiyyə qulluğunda çalışmaq istəyənlərin əksəriyyəti bələdiyyə qulluğuna qəbul olmağın şərtlərindən, qaydalarından və bələdiyyə qulluqçusunun statusundan xəbərsizdir. Bələdiyyə qulluğunda çalışmaq istəyən namizədlər üçün müsabiqənin elan edilməsi, namizədin yaş həddi, müsabiqənin keçirilmə qaydası, hansı suallara üstünlük verilməsi, hansı qanun vericiliklə tanış olmağın vacibliyi, müsabiqə nəticələrinin qiymətləndirilməsi və elan edilmə qaydalarını bilmək olduqca zəruridir. Əvvəlcə qeyd etməliyəm ki, bələdiyyə qulluğu dövlət qulluğu kateqoriyasına deyil, yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək məqsədiylə bələdiyyə orqanlarına aid ödənişli və daimi peşə fəaliyyətidir. Bələdiyyə qulluğunda vakant vəzifələrə daxil olmaq istəyən şəxslər ilk növbədə sənədlərini müvafiq bələdiyyə orqanına təqdim etməlidir. Namizədlərin göstəriciləri, təcrübələri və bilik səviyyələri vakant işə uyğun gələrsə bələdiyyə daxilində fəaliyyət göstərən müsabiqə komissiyasında müsabiqədən keçərək bələdiyyə qulluqçusu kimi çalışa bilərlər. Bələdiyyə qulluğunun qanunvericiliyə əsasən hüquqi tənzimlənməsi bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir". Fərman Salmanlı bildirib ki, 2015-ci ilə qədər bələdiyyə qulluqçularının xidməti vəzifəyə qəbulu bələdiyyə sədri tərəfindən birbaşa təyinatla həyata keçilirdi: "Bələdiyyələrin fəaliyyətində qanunçuluğu, şəffaflığı və obyektivliyi təmin etmək məqsədiylə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli qanununun tətbiqi haqqında fərman imzalandı. Yeni dəyişiliklərə görə bələdiyyə qulluğuna qəbul "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin ikinci hissəsinə əsasən müsabiqə yolu ilə qəbul edilir. Müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli, 324 nömrəli qərarı ilə təsdiq edilmiş "Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi" qaydalarına əsaslanır. Bələdiyyədə vakant iş yeri ilə əlaqədar elan əgər varsa bələdiyyənin rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində verilir, habelə müsabiqənin keçirilməsi haqqında məlumat bələdiyyənin binasında xüsusi lövhələrdə yerləşdirilir". Hökməli bələdiyyəsinin sədr müavini deyib ki, bələdiyyə qulluqçuları bələdiyyə orqanlarında seçilməklə deyil, təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçilərdir: "On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.Yerli əhaliyə xidmət göstərmək və insanların rahat həyatının təmin olunmasında iştirak etmək kimi ali, eyni zamanda məsuliyyətli bir vəzifənin daşıyıcı olduqları üçün bələdiyyə qurumuna işlə əlaqədar müraciət etmiş namizədlərin bilik və bacarıqları ilə yanaşı, ümumi dünyagörüşü, təhlil etmə bacarığı, psixoloji durumu və xarakterik keyfiyyətləri nəzərə alınır. Eyni zamanda çalışacağı sahədə istifadə zərurəti olarsa bələdiyyə qulluqçuluğuna namizəd şəxslər, kompyuterdən istifadə etməyi bacarmalı, internet və ofis proqramlarını bilməlidirlər. Ümumiyyətlə, bələdiyyə qulluğuna qəbul olmaq istəyən namizədlər bələdiyyə orqanları ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi, Torpaq Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsi, Əmək Məcəlləsi, "Bələdiyyələrin statusu", "Bələdiyyə üzvlərinin statusu","Bələdiyyə qulluğu", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və digər bu kimi qanunları bilməlidir. Bələdiyyə qulluqçuluğuna qəbul müsabiqəsi yazılı imtahan və müsahibə olmaqla iki hissədən ibarətdir. Yazılı imtahan bitdikdən sonra müsahibə hər bir namizədlə fərdi qaydada ən azı 15 dəqiqə olmaqla həyata keçirilir. Müsabiqə komissiyası tərəfindən müsabiqədə verilən suallar konkret, aydın olmaqla namizədin nəzəri biliklərinin, tapşırıqlar isə onların həlli üçün qısa zaman tələb olunmaqla praktiki vərdişlərinin, bacarığının müəyyən edilməsi üçün verilir. Bələdiyyə namizədləri üçün verilmiş 5 sual və tapşırıq müsabiqə komissiyası tərəfindən əvvəlcədən müəyyən edilir və müsabiqə günü namizədlər tərəfindən yazılı formada cavablandırılaraq müsabiqə komissiyasına təqdim edilir. Eyni vəzifəyə müraciət edən namizədlərə eyni sual və tapşırıqlar verilir. Müsabiqə komissiyasının üzvü tərəfindən bələdiyyə qulluqçuluğuna namizədin bilik və qabiliyyətinin qiymətləndirilməsi zamanı obyektiv qiymətləndirmə metodlarından və şəffaf üsullardan istifadə etməlidir ki, sakinlərə xidmət sahəsinə bacarıqlı və peşəkar şəxslər bələdiyyə qulluqçuluğuna cəlb edilsinlər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31