Mərhum aktrisa yad edilib...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tanınmış teatr və kino aktrisası, Xalq artisti, “Şöhrət” ordenli Firəngiz Şərifovanın anadan olmasının 93-cü ildönümü münasibətilə Fəxri Xiyabanda olub. Sənət dostları aktrisanın məzarını ziyarət edərək gül dəstələri qoyublar.
6 Fevral 2017 14:25 MədəniyyətAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tanınmış teatr və kino aktrisası, Xalq artisti, "Şöhrət" ordenli Firəngiz Şərifovanın anadan olmasının 93-cü ildönümü münasibətilə Fəxri Xiyabanda olub. Sənət dostları aktrisanın məzarını ziyarət edərək gül dəstələri qoyublar.
Gənc Tamaşaçılar Teatrından "Olaylar" - a verilən məlumata görə, teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək Firəngiz Şərifovanın ifa etdiyi obrazlar, geniş yaradıcılıq potensialı, hər obraza xüsusi yanaşma tərzi, canlandırdığı obrazı özününküləşdirmək bacarığından danışıb.
Məlumat üçün bildirək ki, Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Azərbaycan Teatr sənətinin korifey sənətkarları Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində doğulub.
Aktrisa 2011-ci ilin sentyabr ayının 1-ə qədər - öz xahişi ilə işdən azad edildiyi tarixə qədər ona doğma olan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.
Firəngiz Abbasmirzə qızı Şərifova uzun sürən xəstəlikdən sonra 20 fevral 2014-cü il tarixində vəfat edib.