Gündəm
Azərbaycanda erkən nikah problemi - Vəziyyət necədir?
Azərbaycanda erkən nikah problemləri ilə bağlı rəqəmlər narahatedici deyil. Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdir müavini Aidə Seyidli bildirib ki, əvvəlki illərlə müqayisədə erkən nikah hallarında azalma müşahidə olunur.
Şevçoviç: “Prezident İlham Əliyevin səfəri Azərbaycan-Aİ sazişinin hazırlanması işində böyük əhəmiyyət daşıyacaq” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb. Görüşdə Azərbaycan ilə Avropa İttifaqıarasında müxtəlif sahələrdə, o cümlədən enerji, təhlükəsizlik, ətraf mühit, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlığın aparıldığı, əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan prezidentinin bu səfəri əlaqələrimizin daha da genişlənməsinə töhfəsini verəcək.
Ukrayna səfiri: “Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz qətidir”
Ukraynanın Azərbaycandakı səfirliyində iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko bu il Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfər edəcəyini deyib. O, fevralın 19-da ukraynalı millət vəkillərinin Parlamentlərarası Dostluq Qrupu çərçivəsində Azərbaycana səfər edəcəklərini söyləyib. Səfir ölkəsinin xarici siyasətində Azərbaycanın vacib yer tutduğunu vurğulayıb: “Rəsmi Kiyevin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi və status-kvonun qəbuledilməz olması barədə mövqeyi qətidir. Bu, 2016-cı ilin iyulunda prezident Poroşenkonun Azərbaycana səfəri zamanı bir daha təsdiqlənib”.
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 180-210, Kiçik Qafqazın çaylarında 200-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-100 faizini təşkil edir.
Çingiz Qurbanovun nəşinin qaytarılmaması erməni tərəfinin yaramaz və qeyri-adekvat bəhanəsi idi
Ermənistan nəhayət ki, 39 gün girovluqda saxladığı azərbaycanlı əsgər Çingiz Qurbanovun meyitini təhvil verdi. Əvvəlcə azərbaycanlı əsgərin meyitinin onda olmasını təkzib edən işğalçı ölkə sonradan şəhidiimizin meyitinin onda olduğunu etiraf etməklə yanaşı, şəhid Çingiz Qurbanovdan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdi. Bu müddət ərzində Yerevan şəhidimizin meyitini qaytarmamağa israr etsə də, lakin həm Azərbaycan tərəfinin diplomatik gedişləri, həm də beynəlxalq təşkilatların qətiyyəti Ermənistanı şəhidimizin meyitini qaytarmağa məcbur etdi. Siyasi şərhçi Arzu Nağıyev sözügedən hadisələrlə bağlı “OLAYLAR”-a müsahibəsində bunu işğalçı ölkənin daha bir yaramaz hərəkəti kimi xarakterizə edib. Arzu Nağıyev deyib ki, şəhidimizin meyitinin qaytarılması istiqamətində Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyevin göstərdiyi səylər də müsbət qiymətləndirilməlidir.
Əflatun Amaşov deputat kimi fəaliyyətinin ötən bir ili bağlı seçicilər qarşısında hesabat verib
Fevralın 3-də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Saatlıda bu rayonun icra hakimiyyətinin 2016-cı ildə gördüyü işlərə dair hesabat konfransında iştirak edib. Toplantıdan öncə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi ziyarət olunub. Daha sonra rayon istehsalı olan məhsulların sərgisinə baxış keçirilib.
Mogerini: “Aİ Cənub Qaz Dəhlizinin reallaşmasına bundan sonra da dəstək verəcək”
“Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün böyük önəm daşıyır”. Bunu Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidentiFederika Mogerini bəyan edib.
İlham Əliyev: "Aİ ilə əməkdaşlığımızın genişləndirilməsi həm Azərbaycan, həm də region üçün yaxşı mesajdır" - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogeriniilə işçi yeməyi edib.
Prezident İlham Əliyev Belçika kralı ilə görüşüb - YENİLƏNİB
Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin və Belçika kralı Filipin təkbətək görüşü olub. Görüşdə Azərbaycanla Belçika Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Rusiya XİN: ABŞ-ın İrana qarşı yeni sanksiyalarından təəssüflənirik
"Moskva ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsindən təəssüflənir". Bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov bildirib. "Prinsipcə aydındır ki, sanksiyalar qəbuledilməzdir, bu və ya digər məsələnin həllində uyğun alət deyil. Hazırda beynəlxalq ictimaiyyətin diqqəti birgə hərtərəfli fəaliyyət planının necə həyata keçirilməsinə yönəlib. Bu istiqamətdə biz xüsusi problem görmürük", - deyə o qeyd edib.
Şəhid Çingiz Qurbanov Qusarda dəfn olunub - YENİLƏNİB
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan əsgərimiz Çingiz Qurbanov Qusar şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Avtomobil bazarında nə baş verir?
Ölkənin avtomobil bazarında qeyri-müəyyənlik hökm sürməkdədir. Dolların məzənnəsi qalxdıqdan sonra avtomobillərin də qiymətində başalaşmanın baş verməsi təbii haldır. Ancaq, avtomobilə olan tələbatın azlığı qiymətlərin əlçatanlığına şərait yaradırdı. Son günlər isə hətta ikinci əl avtomobil bazarında qiymətlərin kəllə-çarxa qalxdığı deyilir. Məlumata görə, Azərbaycanda ikinci əl avtomobil bazarı təşviş içindədir. Belə ki, hazırda ikinci əl avtomobil bazarında alıcı tapılmır.
Vaşinqtonda GİZLİ GÖRÜŞ
İsrail mediya qaynaqlarından bildilir ki, iki həftə əvvəlyeni seçilmiş ABŞ prezidenti Donald Trampın müşavirləri ilə MOSSADrəhbəri Yosi Kohen arasında gizli görüşmələr baş verib. Görüşdə İsrail Milli Təhlüksəizlik müşaviri Yaakov Nagel də iştirak etdiyi xəbəri yayılıb.
Dünya yeni sənaye inqilabı ərəfəsində
Müasir dövrümüzdə informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişafı idarəetmədə əl əməyinin rolunu əhəmiyyətli dərəcədə azaldır. Artıq o dövrə qədəm qoymuşuq ki, bir vaxtlar 10 nəfərin əllə gördüyü işi, hazırda bir cəmi nəfər kompüter arxasında oturaraq icra edə bilər. Bu bir tərəfdən əl əməyinə olan tələbatın azalmasına gətirib çıxarırsa, digər tərəfdən informasiya kommunikasiya texnologiyalarının sütətlə yayılması, onun günümüzün bir parçasına çevrilməsinə səbəb olur. Bütün bunların göstəricisidir ki, artıq dünyada, eləcə də ölkəmizdə insan əməyindən az istifadə edilən sahələrin yaradılmasına üstünlük verilir. Əslində bu öz-özlüyündə bir sənaye inqilabıdır. Ekspertlər hesab edirlər ki, bu sayca IV sənaye inqilabı sayıla bilər. Bəs görəsən dünyada və Azərbaycanda növbəti 10 ildə IV sənaye inqilabının təsirləri necə olacaq?
Valyuta ehtiyatları artır
2015-ci ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkilədə aşağı düşməsi əsas neft ixrac edən ölkələr başda olmaqla, Azərbaycana da müəyən mənada təsir göstərdi. Neft qiymətlərinin aşağı düşməsi ondan gələn gəlirlərin minimuma enməsinə təsir göstərdi ki, bu da istər-istəməz Azərbaycanın valyuta ehtiyatlarının da azalmasına gətirib çıxardı. Elə bunun göstəricisi idi ki, ötən bir ildən artıq müddətdə xarici vaıyutaya nisbətən Azərbaycanın milli valyutasının dəyəri nəzərçarpacaq dərəcədə aşağı düşdü, ölkədə bir-birinin ardınca iki kəskin devalvasiya baş verdi. Maliyyə sektorunda yaşanan bu xoşagəlməz proseslər Azərbaycanda xarici valyuta qıtlığının yaranmasına da səbəb oldu. Təkcə özəl banklar deyil, eləcə də Mərkəzi Bankın valyuta ehtiyatları kəskin dərəcədə azaldı. Vəziyət o həddə çatdı ki, banklarda xarici valyuta, xüsusilə Amerika dolları tapmaq müşkülə çevrildi. Amma görünən odur ki, son günlərdə valyuta ehtiyatlarının həcmində müəyyən mənada müsbət tendensiya müşahidə edilir. Hər halda Azərbaycan Mərkəzi Bankının bu günlərdə açıqladığı rəsmi məlumatdan da bu temdensiya açıq şəkildə görünür. Məlumat üçün qeyd edək ki, Azərbaycan Mərkəzi Bank fevral ayının 1-i tarixinə valyuta ehtiyatlarının həcmini açıqlayıb. Bankın açıqlamasından məlum olur ki, valyuta ehtiyatları cari ilin yanvar ayı ərzində 8,9 faiz artaraq 4327,2 milyon dollara yüksəlib. Bununla da Mərkəzi Bank ehtiyatlarını bir il əvvəlki həddə çatdırıb. Bəs görəsən, Mərkəzi Bankın valyuta ehtiyatlarının nəzərə çarpacaq dərəcədə artmasına təsir edən başlıca amil nədir?














