Gündəm
Ramil Məmmədli: "Özünü və düşməni qumbara ilə partladan əsgər və zabitlərimiz olub"
“Azərbaycan və Ermənistan arasında həm də soyuq müharibənin getməsi artıq faktdır”. Bunu icmalçı Ramil Məmmədli deyib.
Son dəqiqə: Türkiyədə daha bir zəlzələ oldu
Türkiyənin Çanaqqala vilyətində daha bir zəlzələ baş verib.
Rusiya Federasiyası Udmurtiya Respublikasının deputatı Ermənistan- Azərbaycan Sülh Platformasına qoşulub
Rusiya Federasiyasının Udmurtiya Respublikasının Sarapul rayonu Deputatlar Şurası Prezidiumunun üzvü və Rusiya Federasiyası Kommunist Partiyası fraksiyasının rəhbəri Elgiz Hacıyev Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmaqla bağlı bəyanat verib.
Ermənilər Metsamorun bağlanmasını tələb edirlər
Ötən ay Metsamor Atom Elektrik Stansiyasının (AES) yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza Ermənistanda əhalinin narahatlığını artırıb. Ölkə vətəndaşları stansiyanın fəaliyyətinin təcili dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara şikayət məktubu ünvanlayıblar.
Türkiyəli futbolçu dostunu "sildi"
"Beşiktaş"lı Oğuzhan Özyakup dünən baş tutan qalmaqallı "Fənərbağça" oyunundan sonra atdığı addımla hər kəsin diqqətini çəkib.
“Çingizin ruhu hər zaman aramızda olacaq”
“Qəhrəman qardaşımız, şəhidimiz Çingiz Qurbanovun Qusarda son mənzilə yola salınmasında iştirak etdik. Azərbaycanımızın hər tərəfindən qəhrəman şəhidimizlə vidalaşmağa və onun ruhuna dualar oxumağa çoxlu sayda insanlar gəlmişdi”. Bunu millət vəkili Qənirə Paşayeva qeyd edib.
Fikir, söz və məlumat azadlığının ən yüksək səviyyədə tətbiq edildiyi ölkə
142 illik tarixə malik olan milli mətbuatımız “Əkinçi”dən üzü bu tərəfə böyük və şərəfli bir yol keçib. Bu yol keşməkeşli, çətin olduğu qədər də uğurlu, nailiyyətli olub. Cəmiyyətin maariflənməsi, ictimai-siyasi hadisələrin xalqa çatdırılmasında mühüm rol oynayan “Əkinçi”nin ənənələri bu gün də davam etdirilir. Eyni zamanda bu günkü Azərbaycan mətbuatı “Əkinçi”yə böyük ehtiram nümayiş etdirir, onun əsasını qoyan dahi mütəfəkkir Həsən bəy Zərdabinin ruhunu uca tutur, ona hər zaman anır. Eləcə də ona layiqli qiymətini verir.
Güləş üzrə Bakı şəhər birinciliyi keçiriləcək
Yeniyetmələr arasında sərbəst və Yunan Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Gənclər və İdman Baş İdarəsindən daxil olub. Bildirilib ki, yarışlara fevralın 12-də start veriləcək. Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək yarışların təşkilatçısı BŞGİBİ-dir. Qaliblər Baş İdarənin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılacaq.
Təhsil naziri Şabranda vətəndaşları qəbul edib
Fevralın 6-da təhsil naziri Mikayıl Cabbarov Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, məktəb binalarının tikintisi, təmiri, istiliklə təchizatı və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Ermənistanın daha bir əsgəri öldü
Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində düşmən ordusunun bir əsgəri ölüb. Fevralın 6-da, saat 11 radələrində 1997-ci il təvəllüdlü Qor Hamazasp Qareginyan tərəflər arasında baş verən atışma zamanı ölüb.
Füzuli küçəsində hərəkət məhdudlaşdırıldı
Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazində çəkilən yeni kanalizasiya xətlərinin birləşdirilərək əsas kollektora yönəldilməsini təmin etmək üçün Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsində qazıntı işlərinə başlanılıb.
Keçən il “Azərsu” abunəçilərinin sayı 2,6 faiz artıb
2016-cı ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abunəçilərinin sayı 36,4 min və ya 2,6 faiz artıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 01 yanvar 2017-ci il tarixinə ölkə üzrə 1413661 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb.
ƏƏSMN-də bir qrup əlilliyi olan şəxslə görüş olub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi bir qrup əliliyi olan şəxslə görüş keçirib. Görüşdə məqsəd Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyi olan şəxslərin sosial müdafiəsinin daha səmərəli təşkili və müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı onların müraciətlərinin, rəy və təkliflərinin dinlənilməsi olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Mayis Əliyev, Şuranın sədr müavini, Əlil Təşkilatlatları İttifaqının sədri Davud Rəhimli də görüşdə iştirak edib.
Görənlər şoka DÜŞDÜ: satışda QARA RƏNGLİ yumurta və TOYUQ ƏTİ
Bu toyuqlar sahibini zəngin edir. Vətəni İndoneziya olan Ayam Cemani cinsinə aid toyuqlar melanin (bir çox orqanizmlərdə rast gəlinən piqment-rəng verən zülal - red.) səbəbindən pipiyindən daxili orqanlarına qədər qara rəngdədir. Bu toyuqlar alıcıların da diqqət mərkəzindədir. Qiymətləri isə hər gün bir az daha artır.
ATƏT Azərbaycan əsgərinin meyitinin qaytarılmasına münasibət bildirib
“Beynəlxalq Qızıl Xaç Komitəsi vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə Azərbaycan əsgərinin meyitinin qaytarılmasında göstərdikləri səylərə görə təşəkkür edirik”.














