Türkiyəli futbolçu dostunu "sildi"
"Beşiktaş"lı Oğuzhan Özyakup dünən baş tutan qalmaqallı "Fənərbağça" oyunundan sonra atdığı addımla hər kəsin diqqətini çəkib.
6 Fevral 2017 16:28 İdman"Beşiktaş"lı Oğuzhan Özyakup dünən baş tutan qalmaqallı "Fənərbağça" oyunundan sonra atdığı addımla hər kəsin diqqətini çəkib. Doğma azarkeşlər önündə məğlub olduqları matçdan sonra Oğuzhan rəqib komandada çıxış edən Robin van Persi ilə 2013-cü ildə tətil zamanı çəkdirdiyi fotosunu sosial şəbəkə hesabından silib.
Buna səbəb isə, ilk hissənin sonlarında hollandiyalı hücumçunun ağ-qaraların serb müdafiəçisi Tosiçi provokasiyaya çəkərək qırmızı kart almasına səbəb olması, matç zamanı Persinin "Beşiktaş"lı azarkeşlərə etdiyi etikadan kənar davranışlar və əsas da özünə dost bildiyi futbolçunun (Robin van Persi) onunla meydanda tez-tez mübahisə etməsi göstərilir. Bu barədə Milli.Aaz Milliyet-ə istinadən xəbər verir.