ATƏT Azərbaycan əsgərinin meyitinin qaytarılmasına münasibət bildirib

“Beynəlxalq Qızıl Xaç Komitəsi vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə Azərbaycan əsgərinin meyitinin qaytarılmasında göstərdikləri səylərə görə təşəkkür edirik”.

"Beynəlxalq Qızıl Xaç Komitəsi vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə Azərbaycan əsgərinin meyitinin qaytarılmasında göstərdikləri səylərə görə təşəkkür edirik". Bu barədə ATƏT-ə sədrlik edən Avstriya hökumətinin "Twitter" səhifəsində qeyd olunub. Avstriya tərəfləri Həştərxan razılaşmasına əməl etməyə çağırıb. 

Qeyd edək ki, Azərbaycan əsgəri Çingiz Qurbanov ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşma zamanı həlak olub. Əsgərin meyiti ötən gün Azərbaycana təhvil verilib.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31