Keçən il “Azərsu” abunəçilərinin sayı 2,6 faiz artıb

2016-cı ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abunəçilərinin sayı 36,4 min və ya 2,6 faiz artıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 01 yanvar 2017-ci il tarixinə ölkə üzrə 1413661 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb.

2016-cı ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti abunəçilərinin sayı 36,4 min və ya 2,6 faiz artıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 01 yanvar 2017-ci il tarixinə ölkə üzrə 1413661 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1354783-ü və ya 95,8 faizini əhali, 58878-i və ya 4,2 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 33 min və ya 2,5 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 3 min və ya 5,6 faiz artıb. İl ərzində abunəçi sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31