Gündəm
Merkel 4-cü dəfə kansler ola bilər
Almaniya kansleri Angela Merkel 4-cü dəfə bu postu tutmaq üçün namizədliyin irəli sürüb. Onun namizədliyin “Xristian-Demokrat İttifaqı” və “Xristian-Sosialist İttifaqı” dəstəkləyib. Beləliklə, Merkel hakim koalisiyanın vahid namizədi olub. Xatırladaq ki, Almaniyada parlament seçkiləri bu ilin sentybarında baş tutacaq.
"Əgər sakit dursan, sadəcə zorlayarıq" - 4 qızı oğurlayıb zorladıqdan sonra öldürdülər
1986-cı ildə Katerina və David Birni cütlüyü 4 qızı qaçıraraq dəfələrlə təcavüz etdikdən sonra öldürmüşdü.
Belarus Ali Məhkəməsi Lapşinin işinə nöqtə qoyacaq
Belarusun Ali məhkəməsi Rusiya və İsrail vətəndaşlığını daşıyan qalmaqallı bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına dair Baş Prokurorluğun qərarından verilmiş şikayətə sabah fevralın 7-də baxacaq.
“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi
AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 73-cü məşğələsi çoxəsrlik Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93-cü ildönmünə həsr olunub.
YAP rəsmisindən prezident seçkiləri ANONSU: "Yeni seçkilər keçiriləcək"
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov unikal.org-a YAP-ın şəhər və rayon təşkilatlarına, rəhbər strukturlarına keçiriləcək seçkilər, bu il ərzində Qadınlar Şurası, Gənclər Birliyi, partiyanın digər strukturları ilə bağlı atılacaq lazımi addımlar barədə müsahibə verib. Müsahibəni təqdim edir.
İşçi qrupu əmək pensiyası qanununa müsbət rəy verib
Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi ilə əlaqədar Milli Məclisin Əmək və sosial siyasət komitəsində işçi qrupun iclası keçirilib. Məlumata görə, işçi qrupunun iclasında mütəxəssislər qanun layihəsi ilə əlaqədar bir sıra müddəalara aydınlıq gətiriblər. 90-a qədər əlavə və dəyişikliyin nəzərdə tutulduğu layihə ümumilikdə müsbət qiymətləndirilib. Növbəti mərhələdə layihə Əmək və sosial siyasət komitəsində müzakirə olunacaq.
Multikulturalizm Mərkəzinin keçirdiyi treninqlər başa çatdı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycan multikulturalizmi fənnini elmi əsaslarla tədris edəcək pedaqoqlar üçün növbəti intensiv treninqlər təşkil edib.
Cibimizi soyan smslərdən necə xilas olaq?
Azərbaycanda fəaliyyət göstərən mobil operatorların reklam xarakterli SMS-ləri, mobil operatorlarla müqavilə əsasında fəaliyyət göstərən kontent provayderlərin fəaliyyəti barədə hər gün insanlar tərəfindən şikayətlər səsləndirilir. Abonentlərin xəbəri olmadan bu və ya digər xidmətlərə ödənişli qoşulması, eyni zamandan balansdan pul çıxılması halları ilə bağlı məlumatlar paylaşılmasına, xəbardarlıq edilməsinə baxmayaraq, hər ötən gün bu kimi hallar artmaqda davam edir. Hətta "ödənişli xidmətlərdən" imtina etdikdə belə, müəyyən müddətdən sonra balansa yüklənən puldan "əsər-əlamət qalmır".
Donetsk separatçıları Avdeyevkanı "Qrad"lardan atəşə tuturlar - VİDEO
Sosial şəbəkələrdə Donetsk separatçılarının Ukraynanın nəzarətində olan Avdeyevka qəsəbəsini "Qrad" qurğularından atəşə tutduğunu əks etdirən görüntülər yayılıb.
Bakı Mühəndislik Universitetinin yerləşəcəyi bina müəyyənləşib
Bakı Mühəndislik Universitetinin yerləşəcəyi bina müəyyənləşib. Bu barədəTəhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri, BMU-nun rektor səlahiyyətlərini icra edən Sülhəddin Gözəlov məlumat verib. Onun sözlərinə görə, yeni təhsil müəssisəsinin inzibati binası fəaliyyəti dayandırılmış Qafqaz Universitetinin əvvəlki binası olacaq.
"Balamın ölüm səbəbi..." - İntihar edən 16 yaşlı qızın anası
Tovuz rayonunda 16 yaşlı Aliyə Qəmbərovanın intiharının bəzi təfərrüatları məlum olub.
General-leytenant Əliağa Şıxlinskiyə məxsus material
Milli Azərbaycan Tarixi Muzeyində bir çox görkəmli Azərbaycan hərbçisinin materialları qorunur və gənc nəsillərə hərb tariximizin yadigarı kimi təbliğ edilir.
Ermənilərin ümid yeri: məzhəb savaşı
Son zamanlar Qərbin analitik və ekspertləri müsəlman ölkələri ilə bağlı tez-tez proqnostik fikirlər irəli sürürlər. Onların analizi göstərir ki, burada konkret ideyalardan çox müəyyən məqsədlər vardır. Bir sıra dairələr Yaxın Şərqdən tutmuş Çinə qədər olan məkanda yeni ixtilaflar və qarşıdurmalar yaradıb, bunun arxasında öz maraqlarını təmin etməyin həvəsinə düşüblər. O cümlədən müsəlman cəmiyyətlərində sünni-şiə münaqişəsini dərinləşdirib, İslam aləmini cəhənnəmə çevirməyə cəhdlərin göstərilməsi müşahidə edilir. Maraqlıdır ki, bu prosesdə İran, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir kimi müsəlman dövlətləri arasında ziddiyyətlərin yaradılması aspekti xüsusi yer tutur. Həmin məqamlar üzərində geniş dayanmaq lazım gəlir.
Politoloq: “Düşmənə ən tutarlı cavab güc nümayişidir”
“Ümumiyyətlə fərqi yoxdur, istənilən Azərbaycan əsgərinə və yaxud əsgərlərimizin nəşlərinə qarşı ermənilər tərəfindən təşkil olunan iyrənc və çirkin oyunlar tərəfimizdən tez bir zamanda ciddi cavablandırılmalıdır”. Bunu Zaur Məmmədov deyib.
"Prezidentin Brüsselə səfəri Azərbaycanla Aİ arasında əlaqələr üçün mühüm platformadır"
“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri çox önəmli dövrə təsadüf edir. Verilən bəyanatlardan da görünür ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdə yeni mərhələ başlayır və bu mərhələ bir neçə istiqaməti əhatə edəcək. Ənənəvi olaraq enerji sektorunda aparılan əməkdaşlığın bundan sonra yüksələn xətlə davam edəcəyi, eyni zamanda iqtisadi əlaqələrin və digər istiqamətlərin inkişafı ilə bağlı fikirlər səsləndirilir”. Bunu siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.











.jpg)


