İşçi qrupu əmək pensiyası qanununa müsbət rəy verib

Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi ilə əlaqədar Milli Məclisin Əmək və sosial siyasət komitəsində işçi qrupun iclası keçirilib. Məlumata görə, işçi qrupunun iclasında mütəxəssislər qanun layihəsi ilə əlaqədar bir sıra müddəalara aydınlıq gətiriblər. 90-a qədər əlavə və dəyişikliyin nəzərdə tutulduğu layihə ümumilikdə müsbət qiymətləndirilib. Növbəti mərhələdə layihə Əmək və sosial siyasət komitəsində müzakirə olunacaq. 

Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan "Əmək pensiyası haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi ilə əlaqədar Milli Məclisin Əmək və sosial siyasət komitəsində işçi qrupun iclası keçirilib. Məlumata görə, işçi qrupunun iclasında mütəxəssislər qanun layihəsi ilə əlaqədar bir sıra müddəalara aydınlıq gətiriblər. 90-a qədər əlavə və dəyişikliyin nəzərdə tutulduğu layihə ümumilikdə müsbət qiymətləndirilib. Növbəti mərhələdə layihə Əmək və sosial siyasət komitəsində müzakirə olunacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31