Gündəm
Hülya Avşar Demet Akalının hədiyyəsini rədd etdi
Demet Akalın Gökhan Təpənin musiqi karyerasının 20-ci ili tamam olması münasibəti ilə təşkil olunan konsertdə iştirak edib. Bostançı Şou Mərkəzində keçirilən konsertdə iştirak ed'n Demet Akalın Hülyanın onun hədiyyəsini bəyənmədiyini xüsusi vurğulayıb: "Hülyaya hədiyyə etmək üçün gözəl mahnı tapdım. Pulunu verib almışam. Ona sürpriz edəcəkdim, amma istəmədi. Televiziyada yeni proqramı başladığı üçün vaxtı yoxdur, mahnı da mənə qaldı" dedi.
Türkiyənin ilk hicablı pilotu uçuşa başladı
Türkiyə daha bir ilkə imza atıb. Türkiyə Silahlı Qüvvələri ilk dəfə olaraq hicablı pilotlu təlimə qəbul edib.
Britni Spirsə bənzəmək üçün 90 əməliyyat keçirdi - fotolar
Müğənni Britni Spirsin fanatı ona bənzəmək üçün plastik əməliyyat keçirib. 31 yaşlı Brayan Rey adlı oğlan ifaçıya bənzəmək üçün 90 dəfə əməliyyata girib.
2 ay əvvəl ölən müğənni bu səbəbdən dəfn olunmayıb
Britaniyalı müğənni Corc Maykl ötən ilin dekabrın 25-i vəfat etsə də, hələ də basdırılmayıb. Bu barədə qərb mətbuatı yazır. Xəbərdə deyilir ki, ifaçının ölümü ilə bağlı yeni səbəblər ortaya çıxdığından meyit yenidən ekspertiza olunacaq. Corcun cənazəsinin bu ayın sonunda ailəsinə təhvil veriləcəyi bildirilir. Müğənni anasının yanında dəfn olunacaq. Bu barədə Axşam.az xarici KİV-ə istinadən xəbər verir.
Nardaran hadisələrində təqsirləndirilən şəxslərin cinayət işi məhkəmə baxışına verilib
Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Zərərçəkmiş: "Akif Çovdarov 525 min dollarımı aldı" - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
Donald Tusk: “ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyirik”
“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir”.
Güclü təsir edən dərmanların satışı ilə bağlı apteklərə məhdudiyyət qoyulubmu?
"Azərbaycanda narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin pərakəndə satışı ilə məşğul olması üçün Daxili İşlər Nazirliyi tərəfindən 2 aptekə, 3 topdansatış müəssisəsinə xüsusi icazə verilib".
Müfəttişliyin rəhbəri iş yerində öldü
Ukrayna Dövlət Nüvə Təftişi Müfəttişliyinin rəhbəri Sergey Bojko iş yerində keçinib.
Prezident: Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Avropa İttifaqına təşəkkür edirəm
“Uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsindəAvropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Şadam ki, Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlara başlayırıq
"Çox şadam ki, sabah biz Azərbaycanla Avropa İttifaqıarasında yeni saziş üzrə danışıqlara başlayırıq".
Tusk: “Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik”
“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”. Bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Ağsu aşırımında torpaq sürüşməsi yolun bağlanmasına səbəb olub
Ağsu dolaylarında böyük ərazidə torpaq sürüşməsi olub. Yolun bir hissəsi dağıldığı üçün nəqliyyatın hərəkəti dayandırılıb və yol bağlanıb.
ETSN: Daha 4-5 palçıq vulkanının püskürməsi ehtimal olunur
Bu gün Bakıda püskürən palçıq vulkanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu ərazisində yerləşir. Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib ki, palçıq vulkanı bu gün günorta təxminən saat 13-14 radələrində püskürüb.
Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq çox məhsuldar və səmimidir" - YENİLƏNİB
Azərbaycan və Avropa İttifaqı sabah yeni saziş üzrə danışıqlara başlayacaqlar. Bunu Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib: "Bizim aramızda əməkdaşlıq çox məhsuldar, səmimidir və böyük potensialı var".














