Prezident: Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Avropa İttifaqına təşəkkür edirəm

“Uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsindəAvropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır". Bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsindəAvropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Prezident bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib: "Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub, BMTTəhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri hələ də yerinə yetirmir. Bu qətnamələr Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, işğal 25 ildən çoxdur davam edir. Mən Avropa İttifaqına Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edirəm".   Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31