Daxili orqanında heroin keçirmək istədi
İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında beş ədəd bükümdə heroin aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
6 Fevral 2017 14:29 Kriminalİrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında beş ədəd bükümdə heroin aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.Yoxlama zamanı, həmin vətəndaşın daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə, ümumi xalis çəkisi 93,411 qram olan narkotik vasitə - heroin aşkar edilib.