Bəzi siyasilərin Azərbaycanın düşmənlərini sevindirən gedişi nəyə hesablanıb?

Türkçülüyə, Türk Birliyi ideyasına qarşı patoloji nifrəti ilə seçilən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə bu günlərdə yenidən öz ənənəsinə sadiq qalaraq indi də Osmanlı İmperatorluğu və onun qəhrəman sərkərdələrini hədəf seçib. Yerli mətbuata verdiyi müsahibəsində millət vəkili iddia edib ki, erməni bəlasının xalqımızın başına gəlməsində Osmanlı İmperatorluğunun günahı olub: “Uşaqlarımız, gənclərimiz bilsinlər ki, ”erməni qara yarası"nı Azərbaycanın bədəninə Osmanlı İmperatorluğu salıb. Türkiyə isə Osmanlı İmperiyasının cinayətlərinə görə cavab vermək fikrində deyil. 1915-ci ildən sonra osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı İmperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Sazişdə yazılmışdı ki, daha ermənilər bir qarış torpağa da iddia etməyəcəklər".Antıtürk Araz Əlizadə Bakını bolşevik-daşnak birləşmələrindən azad türk komandanı Nuru Paşanı da hədəf seçməkdən yayınmayıb. Bildirib ki, erməniləri bizim üstümüzə salan elə Osmanlı idi: “Sonradan isə xilas etdilər.Bu faktı unutmayın: Nuru Paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Nuru Paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”.

Azərbaycan-Türkiyə münasibətlərinin sərinləşməsinə yönəlik cəhdlər davam edir

Türkçülüyə, Türk Birliyi ideyasına qarşı patoloji nifrəti ilə seçilən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə bu günlərdə yenidən öz ənənəsinə sadiq qalaraq indi də Osmanlı İmperatorluğu və onun qəhrəman sərkərdələrini hədəf seçib. Yerli mətbuata verdiyi müsahibəsində millət vəkili iddia edib ki, erməni bəlasının xalqımızın başına gəlməsində Osmanlı İmperatorluğunun günahı olub: "Uşaqlarımız, gənclərimiz bilsinlər ki, "erməni qara yarası"nı Azərbaycanın bədəninə Osmanlı İmperatorluğu salıb. Türkiyə isə Osmanlı İmperiyasının cinayətlərinə görə cavab vermək fikrində deyil. 1915-ci ildən sonra osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı İmperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Sazişdə yazılmışdı ki, daha ermənilər bir qarış torpağa da iddia etməyəcəklər".Antıtürk Araz Əlizadə Bakını bolşevik-daşnak birləşmələrindən azad türk komandanı Nuru Paşanı da hədəf seçməkdən yayınmayıb. Bildirib ki, erməniləri bizim üstümüzə salan elə Osmanlı idi: "Sonradan isə xilas etdilər.Bu faktı unutmayın: Nuru Paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Nuru Paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi".

Parlament üzvünün belə bir absurd açıqlamalarla çıxış etməsi Azərbaycan cəmiyyətində birmənalı olaraq etiraz yaradıb və böyük əksəriyyət daima Rusiya havasına oynayan Araz Əlizadənin nümayiş etdirdiyi qərəzli, yalan və böhtan dolu fikirlərini kəskin şəkildə tənqid edib.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay hesab edir ki, deputat Araz Əlizadə millətin vəkili statusu yüksəkliyindən Azərbaycanın dövlətçilik tarixini və Azərbaycan türkü milli dəyərlərini təhqir edib. Onun sözlərinə görə, Araz Əlizadə düşmən erməniləri və digər Azərbaycanın düşmənlərini, antiazərbaycançı qüvvələri razı salıb sevindirəcək qədər "yararlı" böhtan işi görərək pas ötürüb: "Xalqın milli heysiyyatına töxunub, onu bacardıqca aşağılayıb. Bu hələ azdır, bununla, xalqın içindəki hələ milli vətənpərvərlik düşüncəsi formalaşmamış gənclərə yolundan sapma stimulu verdi. Müzakirə İranda, Rusiyada, başqa bir ölkədə yox, Azərbaycanda gedir, antiazərbaycan üstünlüyü ilə. Bu hal hansı ölkədə baş verə bilər?". İlqar Altay onu da qeyd edib ki, deputat Astan Şahverdiyevə aşağı və yuxarıdan olan ümumi təpkilər, deputat Əlizadəyə yoxdur: "Amma, yaxşı düşünülsə Əlizadə Şahverdiyevə nisbətdə bu xalqı və onun dövlətçiliyini 7 qatından dərin təhqir edib, aşağılayıb. Bu gedişatla,

bu çətin, hər tərəfdən gələn xarici təhdidlər dövründə, daxildəki boşluqlarımızla biz bu dövlətin əsaslarını və bu xalqın birliyini necə qoruya biləcəyik? Burada əsas sual o deyil ki, Araz Əlizadə bu təxribat-təhqiri nə səbəb və nə məqsədlə edib. Əsas sual odur ki, o bu cürəti haradan tapıb, bu dövləti və xalqı bu qədərmi boş bilir? Arazkimilərə cürət verən boşluq doldurulmalıdır". Hüquqşünasın qənaətincə, 1918-ci ildə Azərbaycan dövlətini, onun yerini və təməlini yaradan, Osmanlı türkü-islam ordusunun dəstəyi ilə Azərbaycan türkləri-xalqı olub. Bu xalq ilk Milli Ordu hissəsi əlahiddə diviziya yaradıb, türk ordu hissələri ilə birlikdə Nuru paşanın komandanlığında daşnak-rus qoşunu ilə qızğın döyüşlər aparıb, onu qəhrəmanlıqla məğlub edib. Bununla, dövlətin qurulması üçün tarixi əlverişli məkan, münbit şərait, təməl yaradıb. Bu təməlin də üstündə xalqın M. Rəsulzadə kimi öndəri öz komandası ilə o zaman dövlətin sistemli strukturunu və hakimiyyətini qurub. Bundan sonrakı dövrlərdə, müxtəlif zamanlar və şəraitlərdə Azərbaycan dövlətçiliyi öz varlığını saxlamaq üçün müxtəlif transformasiyalara məruz qalıb. Buna da uygun olaraq, hər yeni dövrdə hər yeni lider müvafiq dövlət quruculugu sistemi tətbiq edib".

Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Araz Əlizadənin Türkiyə haqqında fikirləri və düşmənçiliyi, Rusiyanın "5-ci kolonu"nun siyasətidir: "Məhz bu türk düşmənini 5-ci kolon depudat edib. Bu şəxs və onun havadarları, tarix boyu və indi Azərbaycanın müstəqilliyinin əleyhinə olub. Məqam düşəndə isə ölkəmizi Rusiyanın əsarətinə sürükləyiblər. Hesab edirəm, belə bir şəxslərin parlamentdə əyləşdirilməsi, milli təhlükəsizliyimizi təhdid edir".

AĞ Partoyanın sədri Tural Abbaslı isə hesab edir ki, millət vəkili Araz Əlizadənin sayaqlamaları onun öz beyninin məhsulu deyil: "Türkiyənin buradakı siyasi, mədəni və iqtisadi dayaqlarının zəiflədilməsinin tərəfdarı olan qüvvələr var və onlar bunun üçün düşünülmüş, ardıcıl iş aparırlar. Bu insanlıqdan payı olmayan " millət vəkilciyinin" də çıxışı bu planın tərkib hissəsidir. Bunlar hələ də anlamırlar ki, Azərbaycanda Türkiyə, Türkiyədə isə Azərbaycan sevgisini məhv etmək mümkün deyil. Böyük türk-islam birliyinə gedən yolda belə cəhdlər hələ çox olacaq. Biz AĞ partiya olaraq hər zaman belə satqınların və naxələflərin qarşısında olacağıq"

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31