Rusiyanın məşhur şousunda Azərbaycan musiqisi - VİDEO

Rusiyanın 1-ci kanalında yayımlanan "Lednikovıy period" müsabiqəsinin iştirakçıları Alyona Babenko və Roman Kostomarov Azərbaycan musiqisi "Sən gəlməz oldun"un sədaları altında rəqs ediblər.

Rusiyanın 1-ci kanalında yayımlanan "Lednikovıy period" müsabiqəsinin iştirakçıları Alyona Babenko və Roman Kostomarov Azərbaycan musiqisi "Sən gəlməz oldun"un sədaları altında rəqs ediblər. Buz üstündə fiqurlu konkisürmə müsabiqəsinə qatılan cütlüyün milli musiqimizin sədaları altında sərgilədiyi rəqs böyük marağa səbəb olub. Onlar Azərbaycan milli rəqslərinin elementlərindən təşkil edilmiş çıxışla ilə həm rus, həm də Azərbaycan tamaşaçılarının diqqətini çəkməyə müvəffəq olublar.
 
Qeyd edək ki, "Sən gəlməz oldun" - bəstəkar Ələkbər Tağıyevin şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnıdır. Mahnını vaxtı ilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və s. ifa ediblər.  Baku.ws 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31