Ölkədə sosial məsələlərin həlli prioritet təşkil edir

Dünyada baş verən iqtisadi və maliyyə böhranına rəğmən Azərbaycanda tən müddət ərzində nəzərdə tutulan bütün sosial layihələrin həyata keçirilməsi bir daha onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatı düzgün istiqamətdə qurulub və bu sahədə əldə edilən nailiyyətlər, uğurlar davamlı xarakter daşıyır.

Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə yönələn layihələr həyata keçirilir

Dünyada baş verən iqtisadi və maliyyə böhranına rəğmən Azərbaycanda tən müddət ərzində nəzərdə tutulan bütün sosial layihələrin həyata keçirilməsi bir daha onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatı düzgün istiqamətdə qurulub və bu sahədə əldə edilən nailiyyətlər, uğurlar davamlı xarakter daşıyır. Böhrandan sonra keçən dövr ərzində həyata keçirilən social layihələr bu istiqamətdə tədbirlərin yaxın gələcəkdə də davam etdiriləcəyindən xəbər verir. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hər zaman olduğu kimi bu günlərdə 2014-2018-ci illər üzrə regionların sosial-iqtisadi inkişafının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bunu bir daha bəyan etdi. Dövlət başçısı konfransda çıxışı zamanı bildirdi ki, sosial məsələlərin həlli ilə bağlı bütün proqramlar icra ediləcək: "2017-ci ildə icbari tibbi sığorta ilə bağlı önəmli addımlar atılmalıdır. Artıq Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihə icra edilməyə başlanıb. Təhsil Nazirliyinin xətti ilə 130-a yaxın məktəbdə təmir və tikinti işləri aparılmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti Bakıda təmirə ehtiyacı olan məktəblərdə təmir işlərini yekunlaşdırmalıdır. Gənclər və İdman Nazirliyi bu il Abşeron və Ağcabədi Olimpiya İdman komplekslərini istifadəyə verməlidir. Hazırda inşası gedən digər Olimpiya komplekslərində işlər davam etdirilməlidir. Qaçıqnların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. Bu il Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi başlayacaq".

Dövlət başçısının geniş və məzmunlu, proqramn xarakterli çıxışından irəli gələrək millət vəkilləri hesab edirlər ki, Azərbaycan dövləti bundan sonra da Prezidentin qeyd etdiyi kimi sosialyönümlü layihələri davam etdirəcək və əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində sistemli, ardıcıl addımlar atacaq.Milli Məclisin səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib. ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən genişməzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində də reallaşdırılan islahatlar xüsusilə qeyd edilməlidir. Onun sözlərinə görə, əhalinin bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb: "Səhiyyədə aparılan islahatlar bu sahədə vəziyyətin əsaslı şəkildə dəyişdirilməsinə, bütövlükdə əhalinin sağlamlığı ilə bağlı olan sistemin fəaliyyətinin daha səmərəli qurulmasının təmin edilməsinə yönəldilib. İslahatlar konsepsiyasında səhiyyənin qanunvericilik bazasının gücləndirilməsi, sistemin  maliyyələşdirilməsinin və idarə olunmasının təkmilləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin fəaliyyətinin səmərələşdirilməsi, ilkin tibbi-sanitariya yardımının yaxşılaşdırılması, farmakologiya və təhsil sistemində islahatların aparılması, özəl sektorun inkişafı və digər istiqamətlərdə zəruri dəyişikliklərin aparılması nəzərdə tutulur. Bütün bu hədəflərə çatmaq üçün artıq bir sıra struktur və institusional islahatlar reallaşdırılıb və bu istiqamətlərdə işlər davam etdiriləcək". Millət vəkili bildirib ki, səhiyyə sektorunda aparılan islahatlar çərçivəsində ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılması da böyük əhəmiyyət daşıyır: "İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar praktiki addımlar atılır. Bu sahədə uğurlu nəticələr əldə edəcəyimizəinanırıq".

Millət vəkili Sevinc Hüseynova isə bildirib ki, son 13 ildə Azərbaycan həyata keçirilən məqsədyönlü siyasət sayəsində öz iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib. O, bildirib ki, ölkəmizin iqtisadi inkişaf dinamikası qlobal reytinq agentliklərinin hesabatlarında da yüksək qiymətləndirilir: "Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı"nda respublikamız mövqeyini bir neçə pillə möhkəmlədərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşıb və MDB məkanında liderlik mövqeyini yenə də qoruyub saxlayıb. Bu, o deməkdir ki, Azərbaycan dünyanın ən güclü, ən yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik 40 ölkəsi sırasında yer alır". Millət vəkili deyib ki, hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi isə ilk növbədə sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür: "Bu mənada məmnunluqla qeyd edə bilərik ki, Azərbaycanda mütərəqqi iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Dövlət siyasəti ona istiqamətləndirilib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Bu strateji kursa uyğun olaraq Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, müxtəlif xidmətlərə olan ehtiyaclarının dolğun şəkildə ödənilməsinə, maddi təminatlarının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31