Gündəm

Rusiya və İsrailin gizli Suriya razılaşması üzə çıxdı

6 Fevral 2017 14:24

Suriyanın hava məkanında “davranış kodeksi” haqqında Rusiya və İsrail arasında məxfi razılaşma mövcuddur. Bülleten qeyd edir ki, İsrail Hərbi Hava Qüvvələri son aylar “Hizbullah” təşkilatının təchizat xətlərini dağıtmaq üçün Suriya ərazisində hava əməliyyatlarını artırıb. İsrailin rəsmi strukturları hava zərbələrini şərh etmir. Qərb koalisiyasının hava əməliyyatları haqqında daim fikir bildirən Moskva isə İsrail təyyarələrinin uçuşlarına reaksiya vermir.

SON DƏQİQƏ: Opera binası yanır - VİDEO

6 Fevral 2017 14:20

Küveytin paytaxtında opera binası yanır. Küveyt Operasının da yerləşdiyi Şeyx Cabir əl-Əhməd adına Mədəniyyət Mərkəzində güclü yanğın baş verib. Hadisənin səbəbi hələ məlum deyil. Ərazidə yanğınsöndürənlər çalışır.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 763 nəfər saxlanıldı

6 Fevral 2017 14:16

Türkiyə polisi 29 vilayətdə əməliyyat aparıb. Əməliyyat zamanı İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 763 nəfər saxlanılıb. Saxlanılan şəxslərin mənzillərində aparılan axtarışlar zamanı İŞİD-ə aid olan çox sayda sənəd, kitab, silah-sursat aşkarlanıb.

Sərxoş sürücü 23 şagirdin ölümünə səbəb oldu - YENİLƏNİB

6 Fevral 2017 14:14

Hondurasda onlarla insanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Paytaxt Tequsiqalpa yaxınlığında meyvə yüklü maşın avtobusla toqquşub. Nəticədə 23 nəfər ölüb, 35 nəfər isə yaralanıb. Qəza baş verən əraziyə xeyli sayda təcili yardım və xilasetmə qüvvələri cəlb edilib. Bu barədə Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir.

"Azərbaycan olmayacaq, olacaq Bakı quberniyası, İrəvan quberniyası..."

6 Fevral 2017 14:12

Jirinovski daha sonra keçmiş SSRİ respublikalarının Rusiyaya birləşdirilməsinin bu respublikalara necə "sərfəli olacağını" əsaslandırmağa çalışıb. Deyib ki, belə olan halda həmin respublikalar "artıq nə varsa" hamısını Rusiyaya sata biləcəklər. Məsələn, Tacikistan Rusiyaya faraş kələm və çiyələk satacaq. Özbəkistanla Qırğızıstan arasında su problemi öz-özünə həll olunacaq. Çünki Rusiya sərhədləri ləğv edəcək və hamını "nə lazımsa onunla təmin edəcək".

Müdafiə nazirinin müavini işdən çıxarıldı - Sarkisyandan yeni təyinat

6 Fevral 2017 14:11

Ermənistanda ötən ilin dekabr ayından boş qalan fövqəladə hallar naziri postuna yeni rəhbər təyin edilib.  FHN naziri vəzifəsi ölkənin müdafiə nazirinin birinci müavini David Tonoyana həvalə olunub. Ermənistan prezidenti Serj Sarkisyan bununla bağlı müvafiq sərəncam imzalayıb. 

Türkiyədə azərbaycanlı fahişələr tutuldular - Deportasiya edilirlər

6 Fevral 2017 14:08

İstanbulun Silivri ərazisində otel və əyləncə məkanlarında təşkil edilən əməliyyatda zorla fahişəlik etdirildiyi iddia edilən 84 əcnəbi əsilli qadın nəzarətə alınıb.

Növbəti hərraca 78 dövlət əmlakı çıxarılacaq

6 Fevral 2017 14:01

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 mart 2017-ci il tarixində keçiriləcək hərraca 78 dövlət əmlakı çıxarılıb. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca çıxarılan əmlakların 17-i kiçik dövlət müəssisəsi, 21-i səhmdar cəmiyyət, 36-sı isə istifadəsiz qeyri-yaşayış sahələridir.

Musiqili Teatrda  premyera

6 Fevral 2017 14:00

Azərbaycan Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası keçiriləcək. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a  bildirib ki, böyük dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin ölməz musiqiləri əsasında hazırlanan tamaşa 9 fevral saat 19.00-da tamaşaçılara təqdim olunacaq.

Metropolitenin maşın və mexanizm bazası yenidən qurulur 

6 Fevral 2017 13:58

«Bakı Metropoliteni» QSC təsis olunduqdan sonra həm istismar, həm də tikinti sahələrinin bir-birindən fərqlənən nəqliyyat, maşın-mexanizm və xüsusi texniki vasitələrdən səmərəli istifadə edilməsi məqsədilə müvafiq tədbirlər planı həyata keçirilib.

Yeni iş yerlərinin yaradılması siyasəti diqqət mərkəzində saxlanılır

6 Fevral 2017 13:57

"Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm məqamlarından biri əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlıdır”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev səsləndirib. O, bildirib ki, ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir: “Ölkəmizdə məşğulluq kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək lazımdır.

Politoloq: "Şəhidimizin geri qaytarılması, ölkəmizin uğurudur"

6 Fevral 2017 13:40

“Ermənistan artıq quldurluqla məşğuldur. Çünki, düşmən ölkə ölkəmizə qarşı canlı insanlarla yanaşı meyitlərdən də istifadə etməyə çalışır. Bu da təbii ki, bütün beynəlxalq saziş və konvensiyalara ziddir”. Bunu  politoloq Fikrət Sadıqov deyib.

Kasilyas tarixə düşdü

6 Fevral 2017 13:39

İker Kasilyas ispan futbolçular arasında ən çox oyun keçirən qapıçı olub. Portuqaliya çempionatının XX turu çərçivəsində baş tutan "Porto" - "Sportinq" görüşü (2:1) ispaniyalı üçün 960-cı rəsmi oyun olub. 

Əfqanıstanda ötən il 11 418 dinc sakin ölüb

6 Fevral 2017 13:37

Əfqanıstanda silahlı münaqişələr və terror fəaliyyətləri nəticəsində ölən və xəsarət alan dinc sakinlərin sayı 2016-cı ildə təqribən 11 500 nəfər təşkil edərək yenidən rekord vurub. 

Mühafizəçi diplomatı öldürdü

6 Fevral 2017 13:36

Pakistan mediası, Karaçidə yerləşən Əfqanıstan konsulluğunda bir mühafizəçinin diplomatı öldürdüyü xəbəri yayılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Pakistanın Kaçi şəhərindəki Əfqanıstan konsulluğunda çalışan  diplomat sui – qəsd nəticəsində dünyasını dəyişib.