Politoloq: "Şəhidimizin geri qaytarılması, ölkəmizin uğurudur"

“Ermənistan artıq quldurluqla məşğuldur. Çünki, düşmən ölkə ölkəmizə qarşı canlı insanlarla yanaşı meyitlərdən də istifadə etməyə çalışır. Bu da təbii ki, bütün beynəlxalq saziş və konvensiyalara ziddir”. Bunu  politoloq Fikrət Sadıqov deyib.

"Ermənistan artıq quldurluqla məşğuldur. Çünki, düşmən ölkə ölkəmizə qarşı canlı insanlarla yanaşı meyitlərdən də istifadə etməyə çalışır. Bu da təbii ki, bütün beynəlxalq saziş və konvensiyalara ziddir". Bunu  politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, dekabrın 29-da şəhid olan əsgərimizin 39 gündən sonra Azərbaycana qaytarılması faktiki olaraq ölkəmizin uğurudur: "Əgər Azərbaycan Prezidenti bu məsələdə qətiyyətli mövqe ortaya qoymasa, məsələni yüksək distansiyalar səviyyəsində müzakirəyə çıxarmasaydı, bəlkə də Ermənistan yenə də şəhidimizin meyitini geri qaytarmazdı. Biz bu istiqamətdə olan səylərimizi davam etdirməli, Ermənistanı məcbur edib, digər vətəndaşlarımız da düşmən ölkədən geri almalıyıq".

Beynəlxalq aləmin bu cür məsələlərdə heç bir mövqe nümayiş etdirməməsi ilə bağlı fikirlərini bildirən F. Sadıqov qeyd edib ki, bu, beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartlı münasibətlərinin sübutudur: "Uzun illərdir ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi  var və onların heç biri yerinə yetirilmir. Beynəlxalq təşkilatlar bu məsələlərdə çox passiv olduqları üçün biz  onların diqqətini bu məsələlərə cəlb etməyə məcburuq. Təbii ki, hər şeyə nail olmaq mümkün deyil. Çünki burada siyasi məqamlar, Ermənistana xüsusi yanaşmalar, ikili standartlar var. Lakin biz bu məsələdə aktiv olmalı, siyasətimizi, hücumedici addımlarımızı atmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31