Kasilyas tarixə düşdü

İker Kasilyas ispan futbolçular arasında ən çox oyun keçirən qapıçı olub. Portuqaliya çempionatının XX turu çərçivəsində baş tutan "Porto" - "Sportinq" görüşü (2:1) ispaniyalı üçün 960-cı rəsmi oyun olub. 

İker Kasilyas ispan futbolçular arasında ən çox oyun keçirən qapıçı olub. Portuqaliya çempionatının XX turu çərçivəsində baş tutan "Porto" - "Sportinq" görüşü (2:1) ispaniyalı üçün 960-cı rəsmi oyun olub. O, bu göstəricidə "Atletik", "Barselona" və "Valensiya"nın keçmiş qolkiperi Andoni Subisarettanı geridə qoyub. Kasilyas karyerası ərzində "Real"la 725, İspaniya millisi ilə 167, "Porto" ilə isə 68 rəsmi matça çıxıb. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31