Gündəm

Keçmiş icra başçısının oğlu polis rəisi təyin edildi

6 Fevral 2017 13:31

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Polis polkovnik-leytenantı Faiq Hüseynov Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Pasport və Qeydiyyat Şöbəsinin rəisi təyin edilib.

Konfederasiyalar kubokunun bütün iştirakçıları müəyyənləşdi

6 Fevral 2017 13:29

Bu il Rusiyada keçiriləcək futbol üzrə Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib.

Cənubi Koreya prezidenti istintaqda - Korrupsiya qalmaqalına görə

6 Fevral 2017 13:27

Vəzifəsinin icrasından müvəqqəti uzaqlaşdırılmış Cənubi Koreya prezidenti Pak Kın He bu həftə korrupsiya qalmaqalı ilə bağlı sorğu-sual oluna bilər. İstintaq üzrə sorğu-sualın bu həftənin sonunda keçirilməsi gözlənilir. Prosesin, təhlükəsizliyinin təmin edilməsi məqsədilə prezidentin iqamətgahında keçirilməsi nəzərdə tutulur.

Novruz bayramında əfv gözlənilir

6 Fevral 2017 13:24

Bu ilin martında Prezident İlham Əliyev tərəfindən əfv fərmanının imzalanması gözlənilir. Qarşıdan gələn Novruz bayramı ərəfəsində dövlət başçısı tərəfindən növbəti əfv fərmanı imzalana bilər.

2 milyon tondan artıq Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb

6 Fevral 2017 13:21

2017-ci ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 412 min 263 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı SOCAR yayıb. Bildirilib ki, kəmər istifadəyə verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər BTC-yə 323 milyon 950 min 325 ton neft vurulub.

Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı uğurla başa çatıb

6 Fevral 2017 13:16

Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə 04-05 fevral tarixlərində keçirilən 10-cu Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı uğurla başa çatıb.

Qadınları Dubaya aparan şəxs tutulub

6 Fevral 2017 13:15

Bakı şəhər sakininin qadınları cinsi istismara məruz qoyması müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Samirə Paşayevanın qadınları BƏƏ-nin Dubay Əmirliyinə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.

Dələduz qadın 6 nəfərdən 387.000 manat pul alıb

6 Fevral 2017 13:14

Bakıda külli miqdarda dələduzluq faktının üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini İradə Cəfərovanın ətrafında Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 2014-cü ilin avqust ayından 2016-cı ilin fevral ayınadək olan müddətdə paytaxt sakinləri olan 6 nəfəri aldadaraq ümumilikdə onlardan 387.000 manat pul aldığı müəyyən edilib.

Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlər davam etdirilir

6 Fevral 2017 13:12

Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib ki, Xocalı soyqırımı epizodu üzrə 3 min nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 2 min nəfər zərərçəkmiş şəxs qismində tanınıb, 800-dən çox müxtəlif ekspertiza keçirilib.

Gürcüstanın problemlərinin əsas mənbəyi onun regional siyasəti düzgün anlamamasındadır 

6 Fevral 2017 13:10

“Qazprom” Gürcüstan hökuməti arasında Ermənistana nəql olunan qaz müqaviləsinin şərtlərini dəyişdirə bildi. Müqaviləni Gürcüstan tərəfindən imzalayan baş nazirin müavini Kaxa Kaladze tranzit müqaviləsinin şərtlərini açıqlamır. Bunu müqavilədə həmin məsələnin iki ölkəyə aid sirr olması ilə əlaqələndirir.”. Sözügedən fikirlərlə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu sözügedən məsələ ilə bağlı proqnozunu şərh edərkən deyib. O, qeyd edib ki, qaz müqaviləsinin şərtlərini Gürcüstan hökuməti müzakirə edərək təsdiqlədi. Lakin müqavilənin şərtləri Gürcüstanda ciddi narazılıq yaradıb. Belə ki, müxalifətin bütün qrupları imzalanmış müqaviləni Gürcüstan hökumətinin kaputilyasiyası adlandırır.

Bakı-2017"də iştirak edəcək komandaların xərclərini özləri ödəyəcəklər

6 Fevral 2017 13:08

“Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək komandaların xərclərini özləri ödəyəcəklər. Müqaviləyə əsasən, bütün idmançılar, qonaqlar nəqliyyat, qalmaq və yemək xərcini özləri ödəməlidirlər”. Bunu bu gün keçirilən mətbuat konfransında gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

"OPEC-ə daxil olan ölkələr neftin bahalaşmasının tərəfdarı deyillər"

6 Fevral 2017 13:07

“OPEC-in hazırda istifadə etdiyi üsul ənənəvidir. OPEC neft hasilatının azaldılması ilə qiymətlərin bahalaşması üsulundan 1970-ci ildə də istifadə edib. Lakin OPEC-in daha sonrakı, xüsusilə də 1985-ci ildəki davranışına diqqət etsək görərik ki, həmin dövrdə demək olar ki, OPEC üzvləri arasında hər hansı bağ qalmamışdı və onlar bir-birindən narazı şəkildə neft hasilatını artırdılar. Ümumiyyətlə, neft bazarında növbəti dövr üçün qərar qəbul etmə də öz əhəmiyyətini kifayət qədər itirdi. Sonra isə OPEC-in davranışları  göstərdi ki, heç də hasilatın azaldılması yolu ilə neft qiymətlərinin kəskin artırılmasına nail olmaq doğru yanaşmalardan deyil. Çünki, məhz 1970-ci illərdə neftin qiymətinin dəfələrlə artması, daha sonra 1990-cı illərdə dəfələrlə ucuzlaşmasına gətirib çıxardı”. Bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Aydın Mirzəzadə: "Azərbaycan vətəndaşlarını Ermənistandan geri alacaq" 

6 Fevral 2017 13:04

“Ermənistan sivil qaydalardan uzaq olan ölkədir. Bu dövlətin bünövrəsi, inkişafı, fəaliyyəti birmənalı şəkildə beynəlxalq hüquq normalarından, sivil insani qaydalardan uzaqdır. Bunu iki kəlbəcərli girovumuz, bu günlərdə əsir götürülən mülki vətəndaşımız, eyni zamanda dekabrın 29-da şəhid olan əsgər Çingiz Qurbanovun timsalında göstərmək olar”. Bunu  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri müavini, millət vəkili Aydın Mirzəzadə deyib.

Mübariz Əhmədoğlu: "Bunun günahı Gürcüstan hökumətindədir"

6 Fevral 2017 13:03

“Qazprom” Gürcüstan hökuməti arasında Ermənistana nəql olunan qaz müqaviləsinin şərtlərini dəyişdirə bildi. Müqaviləni Gürcüstan tərəfindən imzalayan baş nazirin müavini K.Kaladze tranzit müqaviləsinin şərtlərini açıqlamır. Bunu müqavilədə həmin məsələnin iki ölkəyə aid sirr olması ilə əlaqələndirir. Qaz müqaviləsinin şərtlərini Gürcüstan hökuməti müzakirə edərək təsdiqlədi. Müqavilənin şərtləri Gürcüstanda ciddi narazılıq yaradıb. Müxalifətin bütün qrupları imzalanmış müqaviləni Gürcüstan hökumətinin kaputilyasiyası adlandırır. Bunu açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. 

Vəzifədə olan qadınların statistikası açıqlandı

6 Fevral 2017 13:01

Azərbaycan əhalisinin ümumi sayının 50,2% -i təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Azərbaycanın, demək olar ki, əksər rayonlarında icira hakimiyyəti başçılarının müavinləri qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,2%- ə çatıb, sahibkarlar arasında isə qadınların iştirakçılığı 20%- ə çatıb.