Bakı-2017"də iştirak edəcək komandaların xərclərini özləri ödəyəcəklər

“Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək komandaların xərclərini özləri ödəyəcəklər. Müqaviləyə əsasən, bütün idmançılar, qonaqlar nəqliyyat, qalmaq və yemək xərcini özləri ödəməlidirlər”. Bunu bu gün keçirilən mətbuat konfransında gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

"Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək komandaların xərclərini özləri ödəyəcəklər. Müqaviləyə əsasən, bütün idmançılar, qonaqlar nəqliyyat, qalmaq və yemək xərcini özləri ödəməlidirlər". Bunu bu gün keçirilən mətbuat konfransında gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

Onun sözlərinə görə, "Bakı-2017"də iştirak edəcək hər bir idmançı və ya rəsmi nümayəndə hər gün 50 dollar yemək və qalmaq haqqı ödəyəcək: "57 islam ölkəsindən 53-ü səfər xərclərini özləri ödəyəcəklər.  Maliyyə ilə bağlı problemləri olan bəzi ölkələrin nümyədələrinin biletlərini İslam Ölkələri Təşkilatı alacaq. Biz isə onlara qalmaq və qidalanmada güzəştlər edə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31