Sərxoş sürücü 23 şagirdin ölümünə səbəb oldu - YENİLƏNİB
Hondurasda onlarla insanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Paytaxt Tequsiqalpa yaxınlığında meyvə yüklü maşın avtobusla toqquşub. Nəticədə 23 nəfər ölüb, 35 nəfər isə yaralanıb. Qəza baş verən əraziyə xeyli sayda təcili yardım və xilasetmə qüvvələri cəlb edilib. Bu barədə Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir.
6 Fevral 2017 14:14 DünyaHondurasda onlarla insanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Paytaxt Tequsiqalpa yaxınlığında meyvə yüklü maşın avtobusla toqquşub. Nəticədə 23 nəfər ölüb, 35 nəfər isə yaralanıb. Qəza baş verən əraziyə xeyli sayda təcili yardım və xilasetmə qüvvələri cəlb edilib. Bu barədə Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir.
***
Mərkəzi Amerikada yerləşən Hondurasda dəhşətli yol qəzası baş verib. Qəza paytaxtdan 6 mil uzaqlıqda baş verib. Məktəbliləri daşıyan avtobus ilə yük maşını toqquşub. Azı 17 nəfər ölüb, 35 nəfər yaralanıb.
Qeyd edək ki, qəzanı yük avtomobilinin sərxoş sürücüsü törədib. Bu barədə Milli.az Britaniya mediasına istinadla xəbər verir.