Gündəm

10215 nəfər tibbi müayinədən keçirildi

9 Fevral 2017 17:11

Səhiyyə Nazirliyi Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin yanvar ayının sonuna qədər müayinədən 238509 nəfərin keçdiyini açıqlayıb.

Ümumtəhsil məktəblərində sorğu təşkil edilib

9 Fevral 2017 17:10

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına əsasən silsilə tədbirlər həyata keçirilir. “OLAYLAR”-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, tədbirlər planına uyğun olaraq rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində sorğular keçirilib.

Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu müzakirə edilib

9 Fevral 2017 17:09

9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Badamdar qəsəbəsi 236 saylı tam orta məktəbdə 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə məktəbin direktoru Xanlar İmaməliyev orta məktəblərdə dini radikalizmlə bağlı keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov dini radikalizmin mahiyyəti, onun milli-mənəvi və dini dəyərlərimizə qarşı olan zərərli təsirləri barədə geniş məlumat verib. Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İ.Kərimov rayondakı mövcud dini vəziyyət, dini etiqad azadlığının təminatı sahəsində görülən işlər, dini radikalizmlə mübarizədə aparılan tədbirlər barədə məlumat verib.

Transformator oğrusu tutulub

9 Fevral 2017 17:08

Biləsuvar rayonunda oğurluq hadisəsinin qarşısı alınıb. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Biləcəri dəmiryolu stansiyası ərazisində 2 ədəd transformator oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini R.Səfərov saxlanılıb. Araşdırma aparılır. 

Qadını vurub qaçan sürücü saxlanıb

9 Fevral 2017 17:07

Baş Dövlət Yol Polisi İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər BPİ və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölənin Bakı şəhər sakini 30 yaşlı Günel Babayeva olması müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü - Şəmkir rayon sakini Emin Həsənov tutulub.

Paytaxtda 10 dilənçi saxlanıb

9 Fevral 2017 17:06

 Səbail RPİ əməkdaşları tərəfindən rayon ərazisində avarılıq və dilənçiliklə məşğul olan 10 nəfər saxlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə,saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Oğrunun digər cinayətlərinin üstü açılıb

9 Fevral 2017 17:05

Oğurluq etdiyinə görə yanvarın 29-da tutulan Əhliman Bağırovun Ətrafında Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun daş sexlərindən birindən beton qarışdıran dəzgahın mühərrikini, 3 evdən isə pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Milli Kulinariya Komandamızın beynəlxalq festivalda növbəti uğurunu “SuperSun”la qazanıb

9 Fevral 2017 17:04

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Türkiyənin  İstanbul  şəhərində keçirilən 15-ci Beynəlxalq Mətbəx Festivalında iştirak edib. 27 ölkədən 1800 aşpazın yarışdığı festivalda komandamız 4 qızıl, 4 gümüş, 5 bürünc medal, 3 komanda sinfindən bir gümüş medal, 3-cü yer üzrə kubok, 4-cü yer üzrə fərqlənmə diplomu ilə təltif olundu.Yeməklərin “Super Sun” yağı ilə bişirilməsi ölkəmizin 16 sinifdən 15-ində yüksək nəticə əldə komandamız  yüksək nəticə göstərməsində mühüm rol oynayıb.

Nazir: “Lapşinin məsələsinin siyasiləşdirilməsi məni hiddətləndirir”

9 Fevral 2017 17:02

"Aleksandr Lapşinin məsələsinin gərəksiz siyasiləşdirilməsi məni hiddətləndirir və təəccübləndirir”. “Olaylar” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində deyib.

Gənc Tamaşaçılarda “Arzu və Murad”

9 Fevral 2017 16:59

Fevral ayının 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Pirallahıda  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı qəsəbə Mədəniyyət Evində Xocalı faciəsinin qurbanları anacaqlar. Faciənin 25-ci ildönümü münasibətilə Mədəniyyət Evində Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan S.Elsevərin “Ürəyində arzu tut” əsəri əsasında hazırlanmış “Arzu və Murad” tamaşası göstəriləcək.

Banklar süni gəliri necə əldə edirlər?

9 Fevral 2017 16:57

Kommersiya bankları milli valyutanın möhkəmlənməsi fonunda dolların alış və satış kursları arasında kəskin fərq müəyyənləşdiriblər. Bir sıra banklarda dollara 1.68 kursu ilə alınır 1.85 məzənnəsi ilə satılır. Bu isə o deməkdir ki, bank vətəndaşdan 100 dolları 168 manata alır və elə həmin 100 dolları digər vətəndaşımıza 185 manata satır.

Sərkisyan öz rejimini qorumaq üçün ölkəsini qurban verməyə razıdır

9 Fevral 2017 16:56

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirsə də, Ermənistan qeyri-konstruktiv mövqe tutur”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə,  bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini  Rövşən Rzayev səsləndiriib.

Sumqayıtda “Fitnə” filmi nümayiş olunub

9 Fevral 2017 16:55

Fevralın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər 10 saylı tam orta məktəbdə “Fitnə” sənədli filmi nümayiş etdirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, məktəbin direktoru Tahir Nəsibov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahir Nəsibov gənclərin zərərli dini cərəyanlardan qorunmasında təhsilin vacibliyini vurğulayıb. O, qeyd edib ki, bu cür maarifləndirici tədbirlər milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayır.

Xarici ölkələrin Azərbaycandakı səfirləri Cocuq Mərcanlıya gedəcəklər

9 Fevral 2017 16:46

Gələn həftə xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpusun nümayəndələri  Cocuq Mərcanlıya gedəcəklər.

Daha bir avtobusun son dayanacaq məntəqəsi dəyişdirilib 

9 Fevral 2017 16:42

8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, dəyişikliyə əsasən, son dayanacaq məntəqəsi olaraq Rəsulzadə qəsəbəsi müəyyən edilib.