Nazir: “Lapşinin məsələsinin siyasiləşdirilməsi məni hiddətləndirir”
"Aleksandr Lapşinin məsələsinin gərəksiz siyasiləşdirilməsi məni hiddətləndirir və təəccübləndirir”. “Olaylar” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində deyib.
9 Fevral 2017 17:02 Siyasət"Aleksandr Lapşinin məsələsinin gərəksiz siyasiləşdirilməsi məni hiddətləndirir və təəccübləndirir". "Olaylar" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "RİA Novosti"yə müsahibəsində deyib. Nazir bildirib ki, həmin şəxs qanunları pozub və müvafiq olaraq hüquqi əsasla cinayət işi başladılıb: "Onu hər dəfə bloger adlandırırlar. Əgər o mühəndis olsaydı, onunla maraqlanardılar? Hər şey qanun çərçivəsində edilib. Bloger olması ilə bağlı spekulyasiyalar əsas vermir ki, o, qanun qarşısında toxunulmaz olsun".