Gündəm
Ermənistan Belarusa səfərləri LƏĞV ETDİ
Ermənistan polisinin rəis müavini Vardan Yegiazaryanın Belarusa səfəri ləğv olunub. Bunu Ermənistan hökumətinin mətbuat xidməti bildirib.
Ştetina və uşaqlarının "klassik çayxana söhbətləri"
Məlum olduğu kimi, fevralın 6-da Avropa Parlamentinin qərargahında "Azərbaycandakı vəziyyətə dair" adlı "tədbir" keçirilib. Elə "5-ci kolon" nümayəndələri arasında növbəti qovğa da bundan sonra başlayıb. Hazırda xüsusilə sosial şəbəkələrdə "qrantyeyənlər"i üz-üzə qoyan "kimdir ermənipərəst?" sualına cavab axtarışlarıdır.
Azərbaycan və İran prezidentləri martda görüşəcəklər
“İran və Azərbaycan prezidentləri ECO sammiti çərçivəsində İslamabadda görüşəcəklər”. Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib. O qeyd edib ki, sammit martın 1-də keçiriləcək.
Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri görüşdülər
İranın Biləsuvar şəhərində İran və Azərbaycan gömrük xidmətlərinin nümayəndələri arasında daha bir görüş olub.
Deputat bəyənat yaydı
Milli Məclisin deputatı Çingiz Qənizadə haqqında yayılan şayiələrlə bağlı müraciət yayımlayıb. Bəyənatda deyilir ki, son vaxtlar mənə çatan məlumata görə, “afn.az” saytının mənimlə bağlı olduğu ilə əlaqədar kimlər tərəfindənsə xəbərlər yayılıb: “Siz bilirsiniz ki, hər bir saytın saxlanması üçün hər ay xeyli vəsait lazımdır.
"Məni zorlamaq istəyirdi" - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Antaliyada eyni evdə qaldığı iş yoldaşını öldürməkdə günahlandırılan Rifat Çınar ifadəsi ilə polis əməkdaşlarını təəccübləndirib. Eyni evdə qaldığı 46 yaşlı iş yoldaşı Ünal Duranı ov tüfəngiylə öldürdüyü üçün ömürlük həbs cəzasıyla mühakimə olunan 26 yaşlı Rifat Çınar Duranın onu zorlamağa meyilli olduğunu deyib.
Bakının sürüşmə sahələrinin rəqəmsal modelləri yaradılıb
Böyük Bakı daxilində olan bütün sürüşmə sahələri geniş təhlil olunub və bu ərazilərin relyefinin detal rəqəmsal modelləri yaradılıb.
Sərxoş gəncin hücum çəkdiyi şəxs qəfəs döyüşlərinin qalibi çıxdı - VİDEO
ABŞ-da gecə saatlarında qeydə alınan hadisədə spirtli içki qəbul etdiyi hiss edilən yarı çılpaq gənc, naməlum səbəblərdən barın mühafizəçisi ilə dalaşıb. Təhlükəsizlik xidmətinin əməkdaşı isə həvəskar liqada 5, professional liqada isə keçirdiyi bir döyüşdə məğlubiyyət üzü görməyən MMA (qəfəs dövüşü) idmançısı Cohn Hernholm olub. Hernholm ona hücum edən sərxoş gənci "əfv etməyib". Bu barədə Milli.Az sözcü-yə istinadən xəbər verir.
Bakı sakininə qarşı 50 min dollarlıq DƏLƏDUZLUQ
Bakı sakininə qarşı 50 min ABŞ dolları məbləğində dələduzluq edilib. Bakı şəhər sakini 1968-cü il təvəllüdlü Rasim Hüseynovhüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2016-ci ilin iyul ayında 1974-cü il təvəllüdlüYelmar Cəfərov onu aldadaraq 50 min ABŞ dolları məbləğində pulunu alıb.
Elman Rüstəmov:"Xüsusi tədbirlər görüləcək”
Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Mərkəzi Bankdan verilən məlumata görə, görüş zamanı DB-nin Azərbaycanda həyata keçirilən proqramı və əməkdaşlıq imkanları müzakirə edilib. Nümayəndə heyətinin rəhbəri S.Müller təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasında göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib. Ölkədə aparılan iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edərək görülən tədbirləri, ölkənin üzləşdiyi yeni çağırışların həllində Mərkəzi Bankın fəal iştirakını vurğulayıb.
Dövlət Fortepiano Triosu çıxış edəcək
Fevralın 28-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində kamera və orqan musiqi zalında klassik musiqi axşamı təşkil olunacaq.
Natiq Vəliyevin xatirəsi anıldı
Fevralın 9-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, pedaqoq, Əməkdar Müəllim Natiq Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Nikaha girmək istəyən 166 nəfərdə QİÇS tapıldı
Bu ilin yanvar ayının sonuna qədər Azərbaycanda nikaha daxil olmaq istəyən 238509 nəfər icbari tibbi müayinədən keçib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1 iyun 2015-ci il – 31 yanvar 2017-cı il tarixlərində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, əksər cütlüklərin sağlamlıq durumu qənaətbəxş olub.
Zaxarova: "Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələr davam etdiriləcək"
Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələr Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş qrafikindən asılı olmayaraq davam etdiriləcək. Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
“Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlandı
Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlanıb. Müsabiqənin biletlərinin qiymət 20-100 avro arasında dəyişir. Mahnı yarışmasının VİP qonaqları üçün satılacaq biletlər isə 200 avro təşkil edəcək. Biletlərin gələn həftədən satışa çıxarılacağı nəzərdə tutulub.














