“Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlandı
Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlanıb. Müsabiqənin biletlərinin qiymət 20-100 avro arasında dəyişir. Mahnı yarışmasının VİP qonaqları üçün satılacaq biletlər isə 200 avro təşkil edəcək. Biletlərin gələn həftədən satışa çıxarılacağı nəzərdə tutulub.
9 Fevral 2017 17:36 DünyaUkraynanın paytaxtı Kiyevdə keçiriləcək "Eurovision 2017" mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlanıb. Müsabiqənin biletlərinin qiymət 20-100 avro arasında dəyişir. Mahnı yarışmasının VİP qonaqları üçün satılacaq biletlər isə 200 avro təşkil edəcək. Biletlərin gələn həftədən satışa çıxarılacağı nəzərdə tutulub.
Xatırladaq ki, "Eurovision 2017"nin ilk yarımfinalı mayın 9-da, ikinci yarımfinalı isə mayın 11-də keçiriləcək. Yarışmanın finalı mayın 13-də olacaq. Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqənin ilk yarımfinalında 8-ci nömrə altında çıxış edəcək. Builki yarışmaya 20 min qonağın qatılacağı gözlənilir. Bu barədə Publika.az İTV.az saytına istinadən xəbər verir.