Zaxarova: "Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələr davam etdiriləcək"

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələr Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş qrafikindən asılı olmayaraq davam etdiriləcək. Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib. 

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələr Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş qrafikindən asılı olmayaraq davam etdiriləcək. Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Rusiya indi Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə Münhendə mümkün görüş cədvəlini razılaşdırır. M.Zaxarova qeyd edib ki, görüşlərin keçirilib-keçirilməyəcəyi barədə məlumat daha sonra veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31