Gündəm

Nüvə stansiyasında PARTLAYIŞ - Yaralılar var

9 Fevral 2017 16:41

Fransadakı nüvə stansiyasında partlayış baş verib.

Evə çağırdıqları mebel ustasını soyundurub şəkillərin çəkdilər - ŞANTAJ

9 Fevral 2017 16:40

Türkiyədə ilginc cinayət hadisəsi baş verib. Anytalyada 6 nəfər kirayə götürdükləri evə mebel yığdırmaq istədiklərini söyləyərək ölçü üçün çağırdıqları mebel ustası (34) Emre K. -nı döyüb çılpaq fotolarını çəkərək ondan 200 min lirə tələb ediblər.

Tarkana sərt sözlər: "Belə kişi olar? İyrənc görünür" - VİDEO

9 Fevral 2017 16:38

Müğənni Tuğba Ekinçi pop ulduz Tarkan haqqında ağır ifadələr işlədib.  "Renkli Sayfalar" proqramına qonaq olan müğənni Tarkanın Sezen Aksunun albomunu dinləyərkən çəkib sosial şəbəkə hesabında paylaşdığı videosuna münasibət bildirib: "Bu yaşdan sonra etdikləri tutmur. Mənim sözlərim Tarkan pərəstişkarlarının xoşuna gəlməyəcək, amma bunu bilərəkdən deyirəm. Tarkanın hərəkətləri mənim üçün iyrənc görünür. Belə hərəkətləri bir kişiyə yaraşdırmıram. Belə kişi olar? Sevgilim belə etsəydi, onu tərk edərdim. Heç kəsi təhqir etmək fikrim yoxdur. Mənim haqqımda da, "iyrənc" ifadəsini işlədə bilərlər. Neçə yaşına gəlib etdiyi hərəkətə bax. Bunu orta yaşlı bir qadına da yaraşdırmıram".

"Ciddi bir saytda erotik şəkillərin yayımlanması yolverilməzdir" - Əflatun Amaşovdan SƏRT XƏBƏRDARLIQ

9 Fevral 2017 16:35

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov son vaxtlar mətbuatda etik normalara uyğun olmayan, çılpaq şəkillərlə xəbərlərin yayımlanmasına sərt münasibət bildirib.

Bakıda TÜKÜRPƏDİCİ OLAY: Yeni doğulmuş körpəni zibil qabına atdılar - VİDEO

9 Fevral 2017 16:33

Bakıda yeni doğulmuş körpəni paketə qoyaraq küçəyə atıblar. Yeni doğulmuş körpə sakinlər tərəfindən aşkarlanıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Körpənin sağ olub-olmaması isə məlum deyil. Küçəyə atılan körpə yeni doğulmuş qız uşağıdır. Onu zibil qutusunun yaxınlığına tullayıblar.

"Azərbaycan "Metsamor" AES-in vəziyyətindən narahatdır"

9 Fevral 2017 16:29

Biz "Metsamor" AES-lə bağlı vəziyyətdən narahatıq. Bu sözləri "RİA Novosti"yə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, bu stansiya tamamilə köhnəlib və "Çernobl variantı"na keçib: "Xoşbəxtlikdən "Rosatom" hansısa əlavə vəsaitlər verir. Lakin ümumilikdə bu, istifadəyə yararlılıq müddəti keçmiş elektrik stansiyasıdır. Əgər nəsə baş versə, bundan tək Ermənistan zərər görməyəcək. Çernoblın təsirləri İsveçə kimi gedib çıxıb və nəticələri hələ də indiyə kimi məlum deyil". 

Rusiya ŞƏRT QOYDU: "Avropa zəmanət verməsə..."

9 Fevral 2017 16:28

Rusiya Avropadan rəsmi zəmanətin verilməyəcəyi təqdirdə Türk Axını layihəsində ikinci boru xəttinin çəkilməyəcəyini açıqlayıb. Bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyi Dördüncü Avropa departamentinin direktoru Aleksandr Botsan-Harçenko edib.

Türkiyə və Azərbaycan mediası arasında əlaqələr daha da genişləndirilməlidir

9 Fevral 2017 16:18

Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli fondun ofisində Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və səfirliyin mətbuat müşaviri Həmid Karadenizlə görüşüb.

Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğunu nəzərə alırıq

9 Fevral 2017 16:09

Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğu Moskva və Yerevanın öz işdir, lakin Bakı bunu hər zaman nəzərə alır.  Bu sözləri "RİA Novosti"yə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. O xatırladıb ki, həmin hərbi baza orada Sovet İttifaqı dövründən mövcuddur: "Orada NATO üzvü Türkiyə ilə sərhəddə kifayət qədər güclü hərbi qrup olub. İndiki halda Rusiya və Ermənistan bunu özləri müəyyən etməlidir. Lakin, əlbəttə ki, təhdid və çağırışları nəzərə alaraq biz də gözüaçıq olmalıyıq". 

Trampın kabinetində kimlər var?

9 Fevral 2017 16:07

Yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan ABŞ prezidenti Donald Trampın komandasında kimlər var? Novator.az bununla bağlı arayış hazırlayıb. ABŞ hökumətinə 15 nazirlik daxildir.

Rasim Balayev: “Canəli Əkbərov qudurub”

9 Fevral 2017 16:06

Xalq artisti, xanəndə Canəli Əkbərovla həmkarları arasındakı xoşagəlməz qalmaqal səngimək bilmir. Səsləndiridyi nalayiq ifadələrə görə xanəndəyə təkcə  həmkarları deyil, digər tanınmış sənət adamlarından da tənqidlər gəlib. 

ABŞ Konqresinin sədri: “Rusiya ilə münasibətlərin yaxşılaşacağına şübhəm var”

9 Fevral 2017 16:04

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Pol Rayan ölkəsi ilə Rusiya arasındakı fərqə diqqət çəkib və prezident Donald Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmağa nail olacağına şübhə etdiyini bildirib.

Rusiyalı politoloq: “Lapşin qanun qarşısında cavab verməlidir”

9 Fevral 2017 16:00

“Blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasını müsbət  qiymətləndirirəm”. Bunu rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan prezidenti: “TANAP-la bağlı işlər vaxtında tamamlanacaq” - YENİLƏNİB

9 Fevral 2017 16:00

Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Mülleri qəbul edib. Dövlət başçısı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın yaxşı tarixi olduğunu məmnunluqla qeyd edərək, ölkəmizdə Dünya Bankının dəstəyi ilə çoxsaylı əhəmiyyətli layihələrin həyata keçirildiyini dedi və bu layihələrin infrastrukturun müasirləşdirilməsi baxımından önəmini vurğulayıb.

Deputat: "Lapşinin ekstradisiyası Ermənistanın məğlubedilməzlik mifini növbəti dəfə dağıtdı"

9 Fevral 2017 15:58

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası növbəti dəfə ermənilərin məğlubedilməzlik mifini dağıtdı, Ermənistanda xalq ilə hakimiyyət arasında uçurumu bir az da dərinləşdirdi.