Gündəm

Sarkisyan Təhlükəsizlik Şurasını topladı

9 Fevral 2017 15:56

Ermənistan prezidenti Serj Sarkisyan Təhlükəsizlik Şurasınını iclasını keçirib.  Bu barədə Ermənistan prezident Administrasiyası məlumat yayıb.  Məlumata əsasən, Sarkisyan Təhlükəsizlik Şurasının üzvləri ilə 2017-ci ildə nəzərdə tutulan tədbirlər planı və cari məsələləri müzakirə edib.

Deputat: “Azərbaycanda uşaqdan böyüyə hamı inanır ki...”

9 Fevral 2017 15:54

 “Azərbaycan daxildə olduğu kimi, xaricə yönəlik də balanslı siyasət yürüdür”. Bunu deyən millət vəkili Eldar İbrahimov un sözlərinə görə, indi elə bir dönəmdə yaşayırıq ki, dünyanın qabaqcıq ölkələri də balanslı siyasət həyata keçirə bilmirlər:

2017 İslam Həmrəyliyi Oyunlarının Əsas Lisenziya sahibi və Rəsmi Pərakəndə Satış Operatoru bəlli oldu

9 Fevral 2017 15:53

Azeri Retail MMC-yə məxsus Fresco supermarketlər şəbəkəsi Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı elan edilib.

Nazir Cəlilabadda vətəndaşları qəbul edəcək

9 Fevral 2017 15:52

Gənclər və idman naziri  Azad Rəhimov Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, qəbulda Lənkəran, Astara, Cəlalabad, Lerik, Masallı, Yardımlı şəhər və rayon sakinləri iştirak edəcəklər. Fevralın 13-də keçirilməsi nəzərdə tutulan qəbul rayondakı Heydər Əliyev Mərkəzində baş tutacaq.

Dini Komitə Təhsil Nazirliyi ilə fəaliyyət planı imzaladı

9 Fevral 2017 15:50

Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2017-ci il üzrə birgə Fəaliyyət Planı təsdiq edilib.

Deputat: “Lapşin Ermənistan girovluğundakı 3 azərbaycanlı ilə dəyişdirilsin”

9 Fevral 2017 15:49

 “Hazırda erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. O, uzun müddətdir ki, erməni girovluğundadır. Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Qarabağa öz dədə-baba yurdlarını, əzizlərinin qəbirlərini ziyarət etmək üçün getmişdilər. Dilqəm Əsgərov Rusiya vətəndaşı olsa da, Kreml bununla bağlı səsini çıxarmır. Rusiya Ermənistandan tələb etmir ki, Qarabağa getməyə görə, adamı həbs etməzlər.

Belarus beynəlxalq hüquq normalarına söykənərək Lapşini Bakıya verdi

9 Fevral 2017 15:48

 “2016-cı il aprel hadisələri Azərbaycan tarixində Qarabağın işğaldan azad edilməsi istiqamətində dönüş nöqtəsidir. Bunu yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində qəbul edirlər. Hətta, düşmən Ermənistan da hadisələr vaxtı Azərbaycanın hansı gücə malik olduğunu gördü və qəbul etdi. 2016-cı ilin aprel ayından bu yana Ermənistanda ciddi narahatçılıq var”.

Lapşin kamerada tək saxlanılır

9 Fevral 2017 15:47

Vəkili Azərbaycanın ərazi bütövlüyü əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və ölkəmizə ekstradisiya olunan israilli bloqqer Aleksandr Lapşinlə görüşüb. Bu barədə Lapşinin hüquqlarını müdafiə edən vəkil Səfər Hüseynov məlumat verib.

Azərbaycanın düşmən üzərində psixoloji qələbəsi

9 Fevral 2017 15:43

Ermənistan son günlərdə biri-birinin ardınca üzləşdiyi diplomatik uğursuzluqları ört-basdır etmək üçün yenidən ənənəvi aqressiv mövqeyini nümayiş etdirməyə başlayıb. Həmişə olduğu kimi işğalçı ölkənin rəhbərliyi bu dəfə də Qarabağ kartından istifadəyə üstünılük verib. Daha doğrusu Sərkisyan hakimiyyəti üzləşdiyi diplomatik uğursuzluğa qarşı artan etirazları cəbhə xəttində yeni-yeni təxribatlar törətməklə yoluna qoymaq istəyir. Elə son günlər cəbhədə baş verən erməni təxribatları da belə deməyə əsas verir. Xəbərlərdən də aydın olduğu kimi Ermənistanın silahlı qüvvələri fevralın 7-dən başlayaraq Azərbaycan ordusunun mövqelərini top və minamyotlardan atəşə tutmağa başlayıb.

Ermənistan beynəlxalq hüquqa sayğısızlıq göstərir

9 Fevral 2017 15:41

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqer Aleksandr Lapşinin Bakıya gətirilməsi Ermənistan və ermənipərəst qüvvələrin əndişələnməsinə səbəb olub. Artıq erməni diasporası öz havadarlarının ciddi dəstəyi ilə anti-Azərbaycan və anti-Belarus kampaniyasına start verib. Hətta bu kampaniya açıq şəkildə etiraz aksiyaları ilə müşayət olunmaqdadır.

Azərbaycanın bir-birinə əks mövqedə dayanan iki qütblə də uğurlu əməkdaşlığı

9 Fevral 2017 15:40

Həftə ərzində Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi ən ciddi uğurlardan biri də Bakı ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması oldu. Məlum olduğu kimi bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə səfər edərək Avropa İttifaqının rəsmiləri ilə görüşlər keçirdi. Keçirilən görüşlər çərçivəsində tərəflər arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. Təsadüfi deyil ki, Azərbaycan prezidentinin bu səfəri ölkəmizin Avropa ilə münasibətlərində yeni bir mərhələ kimi xarakterizə edilir. Bəs görəsən bundan gözləntilər nədir? Bu və ya digər suallarla Ədalət Partiyasının sədr müavini, Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri Mütəllim Rəhimli ilə söhbətləşdik.

Həkim-stomatoloq: “Uşaqlarda ən çox yayılmış xəstəlik diş-çənə anomaliyalarıdır”

9 Fevral 2017 15:38

Son illər dünyada tibbi texnikanın inkişaf etməsinə baxmayaraq, diş xəstəliklərinin qarşısını almaq mümkün deyil. Elə ölkəmizdə də, yeni diş xəstəliklərinin çoxaldığı müşahidə olunur. Azərbaycan Tibb Universitetinin (ATU) Ortopedik stomatologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, həkim-stomatoloq Nazim Pənahovla müsahibəmiz zamanı bu məsələyə də aydınlıq gətirməyə çalışdıq.

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilir

9 Fevral 2017 15:38

Azərbaycanın dəmir yolu nəqliyyatı hazırda özünün sürətli inkişaf mərhələsi dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən irihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da uğurla həyata keçirilir. İki il əvvəl Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni bir era başladı desək yanılmarıq. “Azərbaycan Dəmir Yolları” QSC müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısına çevrilməklə yanaşı, onların həyata keçirilməsi prosesində də ciddi şəkildə iştirak etdi. Bu yöndə XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Bu il bağlantının istismara verilməsi gözlənilir.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsi

9 Fevral 2017 15:35

Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından bir sıra yeniliklərlə müşahidə olundu. Belə ki, dövlət başçısı səfər çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqdan tutmuş bu əməkdaşlığın daha da yüksək səviyyəyə yüksəldilməsinə hesablanmış strateji sazişlə bağlı sənədin hazırlanmasına dair məsələlər ətrafında müzakirələr aparılıb.

Minskdən prinsipiallıq nümayişi

9 Fevral 2017 15:30

Rusiyalı blogger Aleksandr Lapşin Belarusdan Azərbaycana esktradisiya ətrafında söz-söhbətlər davam edir. Sözügedən ekstradisiyadan bərk narahatçılıq keçirən və hiddətlənən Ermənistan hətta Minsk ilə münasibətlərə yenidən nəzər yetirmək barədə düşünür. Bu hal isə heç şübhəsiz ki, hər zamankı kimi Azərbaycanın maraqlarına xidmət edir və işğalçı ölkə diplomatik sahədə daha bir uğursuzluq yaşadığını ortaya qoyur.