Belarus beynəlxalq hüquq normalarına söykənərək Lapşini Bakıya verdi
“2016-cı il aprel hadisələri Azərbaycan tarixində Qarabağın işğaldan azad edilməsi istiqamətində dönüş nöqtəsidir. Bunu yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində qəbul edirlər. Hətta, düşmən Ermənistan da hadisələr vaxtı Azərbaycanın hansı gücə malik olduğunu gördü və qəbul etdi. 2016-cı ilin aprel ayından bu yana Ermənistanda ciddi narahatçılıq var”.
9 Fevral 2017 15:48 SiyasətO, Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə gedərək qanunsuz işlər görüb
"2016-cı il aprel hadisələri Azərbaycan tarixində Qarabağın işğaldan azad edilməsi istiqamətində dönüş nöqtəsidir. Bunu yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində qəbul edirlər. Hətta, düşmən Ermənistan da hadisələr vaxtı Azərbaycanın hansı gücə malik olduğunu gördü və qəbul etdi. 2016-cı ilin aprel ayından bu yana Ermənistanda ciddi narahatçılıq var". Bunu deyən millət vəkili Eldar İbrahimovun sözlərinə görə, o vaxtdan bu yana Azərbaycanın işğal olunmuş ərazilərində süni şəkildə məskunlaşdırılan, xaricdən gətirilən ermənilər ciddi narahatlıq içindərdirlər və imkanı olanlar, öz pasportunu əldə edə bilənlər Azərbaycanın işğal olunmuş ərazilərini tərk edirlər: "2016-cı ilin aprel hadisələrindən sonra Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etmək əzmi də çoxalıb və insanlarda ruh yüksəkliyi yaranıb. Hesab edirəm ki, biz mütləq Heydər Əliyev siyasəti, Prezident İlham Əliyevin xalqa söykənmiş iradəsi və qətiyyəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik. Artıq 2016-cı il aprel hadisələrindən sonra bir çox məsələlər Azərbaycanın xeyrinə işləyir. Daha doğrusu xeyrinə deməzdim, Azərbaycan bu məsələdə işğala məruz qalan bir tərəfdir, sadəcə beynəlxalq hüquq düzgün işlədikdə bizdə sevinc hissi doğur. Beynəlxalq hüquq düzgün olmadıqda terror hadisələri, bir ölkənin başqa bir ölkənin ərazilərini işğal etməsi məsələsi, yəni insan qanının axması çoxalacaq. Ona görə də Belarus beynəlxalq hüquq normalarına söykənərək, Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə gedən və qanunsuz işlər görən Lapşini Bakıya verdi. Mən hesab edirəm ki, Lapşinin Azərbaycana verilməsi məsələsi beynəlxalq bir mövzuya çevrilib. Amma təbii ki, biz istəməzdik bu, beynəlxalq mövzuya çevrilsin. İndi bütün dünya biləcək ki, hansısa əcənəbinin bir daha Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-rəsmi, qanunsuz olaraq səfər etməsi həmin adama xeyir gətirməyəcək. Mən əminəm ki, ayrı-ayrı ölkələrdə insanların erməni lobbisi tərəfindən aldadılaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə turist adı ilə göndərilməsi hallarına son qoyulacaq. Belə səfərə gedən hər kəs onu da Lapşinin taleyinin gözləyəcəyini biləcək".