Azərbaycanın düşmən üzərində psixoloji qələbəsi
Ermənistan son günlərdə biri-birinin ardınca üzləşdiyi diplomatik uğursuzluqları ört-basdır etmək üçün yenidən ənənəvi aqressiv mövqeyini nümayiş etdirməyə başlayıb. Həmişə olduğu kimi işğalçı ölkənin rəhbərliyi bu dəfə də Qarabağ kartından istifadəyə üstünılük verib. Daha doğrusu Sərkisyan hakimiyyəti üzləşdiyi diplomatik uğursuzluğa qarşı artan etirazları cəbhə xəttində yeni-yeni təxribatlar törətməklə yoluna qoymaq istəyir. Elə son günlər cəbhədə baş verən erməni təxribatları da belə deməyə əsas verir. Xəbərlərdən də aydın olduğu kimi Ermənistanın silahlı qüvvələri fevralın 7-dən başlayaraq Azərbaycan ordusunun mövqelərini top və minamyotlardan atəşə tutmağa başlayıb.
9 Fevral 2017 15:43 SiyasətErmənistanda parlament seçkiləri ərəfəsində siyasi vəziyyətin gərginləşməsi gözlənilir
Ermənistan son günlərdə biri-birinin ardınca üzləşdiyi diplomatik uğursuzluqları ört-basdır etmək üçün yenidən ənənəvi aqressiv mövqeyini nümayiş etdirməyə başlayıb. Həmişə olduğu kimi işğalçı ölkənin rəhbərliyi bu dəfə də Qarabağ kartından istifadəyə üstünılük verib. Daha doğrusu Sərkisyan hakimiyyəti üzləşdiyi diplomatik uğursuzluğa qarşı artan etirazları cəbhə xəttində yeni-yeni təxribatlar törətməklə yoluna qoymaq istəyir. Elə son günlər cəbhədə baş verən erməni təxribatları da belə deməyə əsas verir. Xəbərlərdən də aydın olduğu kimi Ermənistanın silahlı qüvvələri fevralın 7-dən başlayaraq Azərbaycan ordusunun mövqelərini top və minamyotlardan atəşə tutmağa başlayıb. Artıq Ermənistanın bu dəfəki cəhdi açıq-aşkar cəbhə xəttində geniş miqyaslı hərbi əməliyyatların başlanmasına hesablanlb deəsk yanılmnarıq. Məlumat üçün qeyd edək ki, 2016-cı ilin Aprel döyüşlərdindən sonra ilk dəfədir ki, cəbhə xəttində ermənilər tərəfindən atəşkəsin pozulması zamanı top atışlarından istifadə olunur. Həmçinin Ermənistan son günlər bir qayda olaraq atəşkəsi iri çaplı artilleriyadan istifadə etməklə pozur ki, bu da maksimum dərəcədə gərginliyi artırmağa hesablanıb. Əsas məqsəd də qeyd etdiyimiz kimi Qarabağ kartından istifadə etməklə daxildə aratan narazılığı cilovlamaq, əsas diqqəti daxili siyasi proseslərdən ayırıb, cəbhə xəttinə yönəltməkdir. Xüsusilə, parlament seçkiləri ərəfəsində olan Ermənistana, daha doğrusu onun terrorçu prezidenti Serj Sərkisyana bu hava-su kimi lazımdır. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, poilitoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. Onun sözlərinə görə, Ermənistan hazırda Rusiyanın dəstəyinə arxalanaraq bu kimi təxribatlar törədir: "Çünki, Rusiya artıq, Ermənistana daha çox üstünlük erir. Son iki gün ərzində cəbhədə bu kimi təxribatlar təsadüfi deyil. Belə ki, Azərbaycanın Avropa İttifaqı ilə danışıqlara başlaması, TANAP layihəsinə Avropa İttifaqının siyasi dəstəyi və kredit ayırması, ermənipərəst blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası və s. kimi hallar Ermənistan və Rusiyanın narahatlığına səbəb olub. Bu, Azərbaycanın düşmən üzərində psixoloji qələbəsi olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünü qanunsuz keçmək istəyənlərə və əks-təbliğat aparanlara gələcəkdə bu səhvi təkrarlamamaları haqda mesaj idi Qeyd edim ki, ermənipərəst Aleksandr Lapşin digər ölkədən deyil, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqi olan Belarusdan ekstradisiyası onu göstərir ki, İrəvan bu ölkə ilə gerçək müttəfiq əlaqələrə malik deyil və təşkilatda fikir ayrılıqları var. Bu, həm də Belarusun Azərbaycana verdiyi siyasi dəstəyin nəticəsidir". Politoloq deyib ki, Rusiya Xarici İşlər Nazirliyi rəhbərliyi səviyyəində ekstradisiyaya etiraz edilsə də, Belarusun Rusiya vətəndaşı olan A. Lapşini Azərbaycana göndərməsi, həmçinin bu ölkənin Rusiyanın artıq siyasəti ilə barışmadığının bariz nümunəsidir: "Son günlər prezident Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinin Şərqi Avropa siyasətinə qarşıdır və bu siyasəti tənqid etməkdədir. Təbii ki, baş verənlər Ermənistanda və Rusiyada qəzəblə qarşılanmaqdadır. Hazırda Azərbaycana qarşı, Moskva-Yerevan-Tehran üçbucağı formalaşıb. Ermənistan Moskva və Tehranın dəstəyindən istifadə edərək, bu təxribatları davam etdirərsə, Azərbaycanın ildırım sürətli hücumuna məruz qalması qaçılmaz olacaq". Mərkəz rəhbəri hesab edir ki, Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi vəziyyətin gərginləşməsi gözlənilir: " Sərkisyan rejimi daxili təhlükədən qorunmaq üçün ictimai-siyasi diqqəti cəbhədə təxribatlara yönləndirəcək. Çünki, Levon Ter Petrosyanın başçılıq etdiyi "Milli Konqirens" və sabiq müdafiə naziri, aprel döyüşlərindən sonra vəzifəsindən uzaqlaşdırılan Seyran Ohanyan da son günlər sülhdən danışır və mövcud idarə etməni kəskin tənqid edir. Bu iki müxalifətin önəmli şəxslərinin mümkün təzyiqləri qarşısında duruş gətirə bilmıyəcəyini anlayan Sərkisyanın, Qarabağ kartından istifadəsi qaçılmaz olacaq. Çünki, Ermənistanda hakim rejim özünə daxildə təhlükə hiss edən kimi cəbhədə atəşkəsi pozur və müharibə ehtimalını gündəliyə daşıyır. Mümkündür ki, bu təxribatlar qarşısında Azərbaycan əks hücuma keçib, dalana dirənmiş Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olsun. Çünki, hazırkı situasiya qənaətbəxş deyil və danışıqlar prosesi fiaskoya uğrayıb".
Füzuli