Lapşin kamerada tək saxlanılır
Vəkili Azərbaycanın ərazi bütövlüyü əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və ölkəmizə ekstradisiya olunan israilli bloqqer Aleksandr Lapşinlə görüşüb. Bu barədə Lapşinin hüquqlarını müdafiə edən vəkil Səfər Hüseynov məlumat verib.
9 Fevral 2017 15:47 SiyasətVəkili Azərbaycanın ərazi bütövlüyü əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və ölkəmizə ekstradisiya olunan israilli bloqqer Aleksandr Lapşinlə görüşüb. Bu barədə Lapşinin hüquqlarını müdafiə edən vəkil Səfər Hüseynov məlumat verib. O, qeyd edib ki, Lapşinlə Bakı İstintaq Təcridxanasında görüşüb, saxlanma vəziyyəti, səhhəti ilə maraqlanıb:"O, saxlanma şəraitindən razıdır, heç bir şikayəti yoxdur. Hələ ki, kamerada tək saxlanılır".S.Hüseynov "Aleksandr Lapşin vəkili olaraq sizdən hər hansı bir şey xahiş etdimi" sualına cavab olaraq "xeyr" deyib.O, bildirib ki, hazırda istintaq getdiyindən görüşün detalları barədə ətraflı məlumat verə bilmir.Vəkil, eyni zamanda bloqqerin anasının Bakıya gəlməsi və oğlu ilə görüşmək istəyindən xəbərsiz olduğunu bildirib. Qeyd edək ki, Aleksandr Lapşinə Azərbaycan dövləti tərəfindən vəkil təyin olunub.