Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsi

Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından bir sıra yeniliklərlə müşahidə olundu. Belə ki, dövlət başçısı səfər çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqdan tutmuş bu əməkdaşlığın daha da yüksək səviyyəyə yüksəldilməsinə hesablanmış strateji sazişlə bağlı sənədin hazırlanmasına dair məsələlər ətrafında müzakirələr aparılıb.

Əməkdaşlıq və strateji tərəfdaşlıq sazişinin hazırlanmasına start verilib 

Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından bir sıra yeniliklərlə müşahidə olundu. Belə ki, dövlət başçısı səfər çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqdan tutmuş bu əməkdaşlığın daha da yüksək səviyyəyə yüksəldilməsinə hesablanmış strateji sazişlə bağlı sənədin hazırlanmasına dair məsələlər ətrafında müzakirələr aparılıb. Dövlət başçısı səfər zamanı Avropa İttifaqının strukturlarına rəhbərlik edən bütün şəxslərlə görüş keçirib. Bu sıraya Avropa İttfaqının prezidenti Donald Tusku, Avropa İttifaqının baş komissarı Jan-Klod Yunkeri, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçi və digər vitse-prezidenti, o cümlədən qurumun xarici siyasət məsələlərinə cavabdeh Federika Mogerini göstərmək olar. Bu baxımdan prezident İlham Əliyevin Brüsselə səfərini bir neçə aspektdən qiymətləndirmək olar. Bunlardan birincisi odur ki, prezident İlham Əliyevin Brüsselə səfəri Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişlə bağlı sənədin hazırlanmasına start verdi. Millət vəkili Elman Nəsirov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri və orada Avropa İttifaqı (Aİ) rəhbərliyi ilə keçirdiyi görüşlər böyük geosiaysi, geoiqtisadi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Brüselə səfəri və orada keçirdiyi görüşlər həmçinin siyasi-iqtisadi əhəmiyyət kəsb edir: "Bu görüşlərdə tərəflər bir daha geniş spektrdə əməkdaşlıqda, xüsusən, strateji tərəfdaşalıq məsələlərində maraqlı olduqarını bəyan etdilər. Tərəflər təkcə enerji sahəsində deyil, eyni zamanda, ikitərəfli əməkdaşlığı ehtiva edən digər sahələrdə də çox sıx əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirdilər.Təsadüfü deyil ki, bu məqsədlə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq və strateji tərəfdaşlıq sazişinin hazırlanaraq imzalanması üzərində danışıqlara başlanılıb. Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması tərəflər arasındakı əlaqələrin yeni bir mərhələyə qədm qoymasından xəbər verir. İnanırıq ki, bu saziş imzalanması ilə münasibətlərin yeni səviyyəyə qalxmasına və daha sıx əməkdaşlığın yaranmasına təsir göstərəcək". E.Nəsirov əlavə edib ki, Brüsselə səfər zamanı Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan münaqişəsini bir daha gündəmə gətirməklə, Ermənistanın danışıqlar prosesindəki destruktiv mövqe tutduğunu Aİ rəhbərliyinin, eyni zamanda, Avropa cəmiyətinin diqqətinə çatdırmış oldu: "Azərbaycan Prezidenti bir daha Ermənistan beynəlxalq hüquq normalarını ayaqların altına ataraq , onlara hörmət etmədiyini, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl vermədiyini dilə gətirdi. Bununla da Ermənistanın nəinki Cənubi Qafqazın, ümumiyyətlə, qonşu regionların təhlükəsizliyinə təhdid yaratdığını bəyan etdi". Milət vəkili bildirib ki, ümumiyyətlə, Azərbaycan Prezidentinin bu səfəri Brüssellə rəsmi Bakı arasındakı münasibətlərdə yeni imkanlar açacaq. O, eyni zamanda, bir sıra media orqanlarında Azərbaycan Prezidentinin Avropa Parlamentinin (AP) rəhbəri Antonio Tayani ilə görüşdən imtina etməsi məsələsinə, anti-Azərbaycan qüvvələrin bu səfərin əhəmiyyətinə kölgə salmaq məqsədi ilə yaydıqları məlumatlara da aydınlıq gəitrərək bildirib ki, Azərbaycanın uğurlarını gözügötürməyən anti-Azərbaycan qüvvələr hər zaman belə hərəkətlər edirlər və bu da onların növbəti təxribat xarakterli əməlləridir: "Azərbaycan inkişaf edən və hədəfi bəlli olan ölkə olduğundan bir sıra qüvvələr bu inkişafı gözü götürmür və bizə qarşı çirkin qarayaxma kampaniyası aparırlar. Bu qüvvələr bu dəfə də Azərbaycan Prezidentinin Brüsselə səfərinə kölgə salmaq üçün belə cəhdlərə və metodlara əl atıblar. Ancaq onların bu səyləri hər zaman olduğu kimi, yenə də uğursuzluğa düçar oldu və bundan sonra da olacaq". E.Nəsirov bildirib ki, Azərbaycan Prezidenti kimdənsə, nəyəsə görə çəkinən deyil. O, öz sözünün sahibi olan bir şəxsiyyətdir. İstənilən dialoqa açıq olan şəxsdir. İstənilən məsələyə cavab verməyi, deməyi bacaran şəxsdir: "Bu, anti-Azərbaycan qüvvələrin və yaxud, "5-ci kolon"un dövriyyə buraxdığı məlumat da ola bilər". E.Nəsirov sonda bildirib ki, belə təzyiq və qarayaxmalar Azərbaycanı öz yolundan döndərə bilməyəcək və ölkəmiz tutduğu yolla irəliyə doğru gedəcək: "Azərbaycan regionun sabitləşdirici funksiyası rolunu oynadığından, bölgəni sülh regionuna çevirmək istəyir. Bu istiqamətdə addımlar atır. Elə Azərbaycan Prezidentinin Brüsselə səfəri də bu istiqamətdə atılan növbəti addımlardan biridir". Millət vəkili onu da deyib ki, bəzi təşkilatlar Azərbaycanda insan haqları ilə bağlı heç bir əsası olmayan hesabatlar hazırlayaraq, ölkəmizə təzyiq yolunu seçirlər: "Burada Napaleonun bir məhşur ifadəsi yada düşür: Kimin nə problemi varsa, ondan daha çox danışır. Bu gün Avropanın insan haqları sahəsində elə ciddi problemləri var ki, Azərbaycanı bu məsələdə ittiham etməyə mənəvi haqqı yoxdur. Sadəcə, bu anti-Azərbaycan qüvvələr Azərbaycanı zəiflətməklə, onu bəzi müsəlman ölkələrinin gününə salmaq istəyirlər. İstəyirlər ki, burada da idarəolunaun xaos yaradıb, asılı hakimiyyət formalaşdırsınlar. Azərbaycanla diqtə dilində danışsınlar. Bu, mümkün olmadıqda, ölkə rəhbərliyi möhkəm siyasi iradə nümayiş etdirdikdə, başlayırlar qarayaxma kampaniyasına".

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31