2017 İslam Həmrəyliyi Oyunlarının Əsas Lisenziya sahibi və Rəsmi Pərakəndə Satış Operatoru bəlli oldu

Azeri Retail MMC-yə məxsus Fresco supermarketlər şəbəkəsi Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı elan edilib.

Azeri Retail MMC-yə məxsus Fresco supermarketlər şəbəkəsi Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı elan edilib. "OLAYLAR"-ın GİN-ə istinadən  verdiyi xəbərə görə, imzalanan müqaviləyə əsasən, Fresco Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əsas Lisenziya sahibi və Rəsmi Pərakəndə Satış Operatoru olacaq.  Açılış mərasiminə yaxın müddətdə əhalimiz IV İslam Həmrəyliyi oyunlarına məxsus müxtəlif çeşidli məhsulları Fresco  supermarketlər şəbəkəsinin şəhərimizin bir sıra nöqtələrində yerləşən  mağazalarından əldə edə biləcəklər.  Yeri gəlmişkən, Atletlər Kəndində də idmançılar və rəsmilər üçün Fresco-nun universal mağazası fəaliyyət göstərəcək. Ümumilikdə, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının kommersiya proqramı 8 Rəsmi Tərəfdaşdan və 10 rəsmi dəstəkçidən təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31